kataloq.NET - Azərbaycanın saytlarının kataloqu
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
 Kataloqdakı saytların sayı: 2998. (Gözləyir: 540)


azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
web saytlar şəxslər | qurumlar | xəritə |  
        
Azərbaycanın Digital Kataloqu haqqında  

Əsas məqsədimiz, Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir. Bu istiqamətdə atılan ilk addım, Azərbaycanın Digital Kataloqunun yaradılmasıdır.

Kataloq (yunanca katalogos – siyahı), – axtarışı asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. (Müasir Ensiklopediya)

Beləliklə, bir çox alternativ (www.kataloq.az, www.kataloq.net) ünvanlardan kataloqumuza daxil olaraq siz, Azərbaycanla bağlı olaraq bir çox məlumatı eyni İnternet resursunda rahat bir şəkildə tapma imkanını əldə edirsiniz. Bunlar hal hazırda İnternet resursları, insanlar və qurumlarla əlaqəli məlumatlardır. Davamlı şəkildə inkişaf edən kataloqumuza irəlidə daha başqa məlumatların da daxil olunması planlaşdırılır.

AR Konstitusiyasının 50-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, kütləvi informasiya azadlığına təminat verilir. Bu təminatın hüquqi əsası "Kütləvi İnformasiya Vasitələri haqqında" 1999-cu il 7 dekabr tarixli 769-İQ №-li Azərbaycan Respublikasının qanuni ilə müəyyən edilir. Həmin qanunun 3-cü maddəsinə əsasən kütləvi informasiya dedikdə axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audo, audiovizual xəbər və digər məlumatlar; kütləvi informasiya vasitələri isə dövrü mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. («İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun şərhi, Məmmədli Ə, Yolçuyeva S, Bakı – 2006; www.qanun.az)

Azərbaycanın Digital Kataloqu bu sahədə yaradılan saytlardan ilki yada ən böyüyü olma iddiasında deyildir. Google, Yahoo, Yandex kimi İnternet resursları axtarış saytları ilə rəqabət aparmağa niyyətimiz də yoxdur. Ancaq kataloqumuzun da özünəməxsus unikal cəhətləri vardır. Ancaq Azərbaycanı əhatə edən resurslar kataloqumuzda bir biri ilə inteqrasiyalı şəkildə yer alır, beləliklə kataloqun bir bölməsindən başqa bir bölməsində yer alan məlumatlara müraciət etmək mümkündür.

Kataloqda yer alan bütün məlumatlar AR Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulan yollara uyğun olaraq toplanılır, içərik redaktorlarımız tərəfindən mənbə göstərilərək kataloqlaşdırılır.

Kataloqumuz pulsuzdur, hamıya açıqdır. Kataloqda məlumat yerləşdirmək pulsuzdur, ancaq məlumatın axtarışında digərlərdən fərqlənmək yada üstün yer almaq xidmətləri pulludur.

Kataloqun istifadəsi barədə bütün məlumatlar açıqdır və statistika bölməsində verilmişdir.

Kataloq haqqında hər hansı bir sualınız olsa, yada məlumatınızı kataloqa əlavə etmək istəsəniz, bizə yazın.  

Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizə yazın  
 0.0227 sec.
NETTY 2007 Qalibi Internet Map Sahil IT