Сайт находится на реконструкции
Baş səhifə Müdiriyyət Fakültələr Kafedralar Beynəlxalq əlaqələr Fəxri adlar
İlk dəfə olaraq, Azərbaycan Texniki Universiteti Magistraturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasında ali məktəblərin magistraturasına qəbul qaydaları əsasinda keçiriləcək! »»
Xoş gəlmisiniz!
Rektor - texnika elmləri doktoru,
professor Havar Əmir oğlu Məmmədov

Azərbaycan Texniki Universiteti ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri olaraq 1950-ci ildən fəaliyyət göstərir və müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır.

Universitetdə "Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə", "Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası", "Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri fəaliyyət göstərir.Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər namizədi, dosent çalışır.

Universitetdə elmin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi Şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.

Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal iştirak edirlər.

Universitetin kafedraları kompüter avadanlığı və ixtisaslaşmış laboratoriyalarla təchiz olunmuşdur. Texnikanın müasir sahələri üzrə tələbələrin hazırlanması və ixtisasların artırılması məqsədilə xüsusi tədris mərkəzləri yaradılmışdır.

Universitetdə müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak edir.

Xəbərlər Arxiv »»

BMT-nin Baş katibi 2007-ci ilin 10 dekabr tarixində Ümumdünya insan Hüquqları Beyannaməsinin qəbul olunmasının 60 iliyi ilə əlaqədar dünya dövlətl...ətraflı »»
Azərbaycan Texniki Universitetinde 19 noyabr 2008 il tarixdə ğörkəmli filosof, CCPN Dövlət mükafatı laureatı,fəlsəfə elmlər doktoru,akademik Heydər N...ətraflı »»
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmrinə əsasən Aaərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf o...ətraflı »»
Umummilli liderimiz H. Əliyevin adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında fəailiyyət göstərən H. Əliyev muzeyinə açıq qapı elan ol...ətraflı »»
Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsinin təşəbbüsü ilə Ali məktəblər arasında Milli futbol və “Nə, harda, nə vaxt” oyunları üzrə...ətraflı »»

Bizimlə əlaqə

Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan
Baku, Azerbaijan - 2008