2004-cü ildə yaradılmış Vitam Reklam Şirkəti ilk gündən Azərbaycanın reklam bazarında öz sözünü deməyə, öz fəaliyyəti ilə analoji şirkətlərdən fərqlənməyə başlamışdır.
Yaradıldığı gündən şirkətimiz 4 əsas prinsipi öz fəaliyyətinin təməl prinsiplərinə çevirmişdir:
Yaradıcı yanaşma
Keyfiyyətli iş
Real nəticə
Müştəri məmnuniyyəti
Bizim üçün önəmlidir:
Müştərilərimizin reklam müraciətlərinin hədəf kültlələrə düzgün və vaxtında çatdırılmasını təmin etmək.
Müştərilərlə qarşılıqlı anlaşma şəraitində işləmək.
Müştərilərimizi, onların nə istədiklərini anlamaq, bu istəklərdən çıxış edərək layihələr hazırlamaq və həyata keçirmək.
Müştəri məmnuniyyətini artırmaq, uzunmüddətli və məhsuldar əməkdaşlığa nail olmaq.
Hadisə və proseslərə realist nöqteyi-nəzərdən yanaşmaq
Zamanı doğru dəyərləndirmək, istehlakçılara doğru zamanda doğru tərzdə yanaşmaq
Müştərilərimizi ən doğru şəkildə təmsil etmək, hədəf kütləsinin gözündə onun nüfuzunu qaldırmaq və istehlakçılar tərəfindən ona üstünlük verilməsinə nailolmaq.
İş prinsiplərimiz
Dəyişən və inkişaf edən iş dünyasında məhsuldarlığı, dinamizmi, keyfiyyəti, yeni fikirləri, pozitiv nöqteyi-nəzərləri ön planda tutaraq, müştərilərimizlə uzunmüddətli əməkdaşlığa nail olmaq.
Qarşıya çıxan problemin ən münasib və ən doğru həll yollarını onlara təqdim etmək.
Müştərilərmizin yerli və xarici bazarlarda yeni, güclü imicini formalaşdırmaq və onlar üçün uzunmüddətli üstünlüklər təmin etmək