Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı haqqında (2-3 dekabr 2008-ci il)
01.12.08 | Zöhrə Əliyeva
2008-ci il dekabr ayının 2-3-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilir.
Konfrans nəinki Azərbaycan, eyni zamanda dünya xəritəsinin iki fərqli qütbündə yerləşən Şərq və Qərb dövlətlərinin mədəni həyatında böyük əhəmiyyətə malik hadisədır.
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı Azərbaycan Respublikasının Prezidenti...
Avropa Şurası Mədəniyyət Nazirlərinin konfransı
28.11.08 | Zöhrə Əliyeva
2008-ci il dekabr ayının 2-3-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Azərbaycan Hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda Mədəniyyət nazirlərinin konfransı keçiriləcəkdir. Azərbaycan Respublikası beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünyaya inteqrasiya siyasəti çərçivəsində Avropa Şurası...
Azərbaycan Respublikasında mədəni irsin qorunması üzrə məlumat Avropa Şurasının xüsusi vebsaytında yerləşdirildi
26.11.08 | Ülviyyə İmamverdiyeva
Mədəniyyət və Turizm Nazirliyində HEREİN (European Heritage Network) layihəsində iştirak ilə əlaqədar milli hesabat hazırlanmışdır. Mədəniyyət və turizm sahələrini əhatə edən milli hesabat Avropa Şurasının vebsaytında yerləşdirildi. Milli hesabat Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Müdiriyyəti tərəfindən təqdim olunan suallar əsasında hazırlanıb.
HEREİN (European Heritage Network) layihəsində Avropa Şurasına üzv olan bir çox ölkələr iştirak edir. HEREİN layihəsinin...
«Qarabağ – irsimizin əbədi yaddaşı» adlı kitab işıq üzü gördü
26.11.08 | Ülviyyə İmamverdiyeva
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə «Qarabağ – irsimizin əbədi yaddaşı» adlı nəfis tərtibatlı kitab işıq üzü gördü. Kitab yüksək poliqrafiya səviyyəsində hazırlanmışdır. Burada 300-ə yaxın rəngli illüstrasiya, cizgi və abidələrin fotoları vardır. Kitabda verilən abidələrin hamısı hal-hazırda işğal altında olan ərazilərdə yerləşir. Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki arxeoloji obyektlər...
Respublika ictimaiyyəti və KİV nümayəndələrinin nəzərinə. Azərbaycana ilk səfər
24.11.08 | Samir Abbasov
Azərbaycanın kitabxana-informasiya sahəsində mühüm hadisə baş verəcək. Bu gün Azərbaycanın kitabxana tarixində ilk dəfə olaraq kitabxana sahəsində ən nüfuzlu Beynəlxalq təşkilat olan İFLA-nın (Kitabxana Asossiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyası) prezidenti Ellen Tisenin Bakıya 1 günlük səfəri başlanır.
Kitabxana işi sahəsində dünyada ən ali təşkilat hesab edilən İFLA-nın (Kitabxana Asossiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyası) əsası 1927-ci ildə...
“Bakı Gecələri” estrada mahnı müsabiqəsinin I mərhələsinin III konserti
21.11.08 | İntiqam Hümbətov
“Bakı Gecələri” estrada mahnı müsabiqəsinin I mərhələsinin III konserti noyabr ayının 21-də keçiriləcək. Rəşid Behbudov adına mahnı teatrında keçiriləcək növbəti konsert saat 4-də başlanacaq. Konsertdə iştirakçı qismində çıxış edəcək müğənnilər 9 nominasiya uğrunda mübarizə aparacaqlar.
Mahnılar 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin tərkibində Eldar Mansurov, Mübariz Tağıyev,...