|
|
 |
|
SARAY
TİKİNTİLƏRİ
Şəki
xanlarının sarayı. Şəki xanlarının sarayı Azərbaycanın orta əsr memarlığının ən
görkəmli abidəsidir . Sülh uğrunda alovlu mübariz, zəmanəmizin görkəmli şairi
Nazim hikmətin sözlərilə desək, "Əgər Azərbaycanın başqa qədim tikililəri
olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi".
Dünyada öz orijinallığı ilə yeganə olan Xan sarayını 1762-ci ildə Müştaq
təxəllüsü ilə şerlər yazan Hüseyn xan tikdirmişdir. Sarayın xüsusi tikinti
üslubu vardır. Təkcə onu göstərmək kifayətdir ki, hər kvadratmetr şəbəkə beş min
bir-birinə geydirilən hissələrdən ibarətdir.
Sarayda xalq təsviri incəsənətinin bir çox növləri, xüsusən XVIII—XIX əsrlərin
maraqlı divar rəssamlığı nümunələri ümumiləşmişdir.
Şəki xanlarının sarayı şəhərin yuxarı hissəsində, yüksəklikdə yerləşir. Saray
qalanın-xan iqamətgahının içərisində yerləşirdi və tikinti kompleksinə daxil
idi. Bu kompleksdən indi saraydan başqa bir hovuz, yəqin ki, dəyişdirilmiş
formada, fasadın qarşısında isə bir neçə çinar ağacı qalmışdır.
Qeyd etmək lazımdır ki, saray qala içərisində olmasına baxmayaraq, köhnə Şərq
şəhərləri üçün xarakterik olan əlavə divarlarla əhatə olunmuşdur.
1853-cü ildə tərtib olunmuş plana əsasən iqamətgahda xanın ailəsi və nökərləri
üçün müxtəlif təyinatlı çoxlu miqdarda tikintilər yerləşirdi. Ancaq bu plana
görə ayrı-ayrı binaların təyinatını müəyyən etmək mümkün deyil,
çünki
onların bu planda hərbi vəziyyəti uyğun təyinatları göstərilmişdir. Bundan
başqa, onu da nə-zərə almaq lazımdır ki, Şəki xanlığının Rusiya tərkibinə daxil
olduğu dövrdən planı tərtib olunduğu dövrə qədər də sözsüz ki, yeni tikintilər
də inşa edilmişdir. Bütün bunlara baxmayaraq, xan sarayının keçmiş tikinti
xüsusiyyətlərini öyrənməkdə bu planın böyük əhəmiyyəti var. Bizə qədər gəlib
çatan Şəki xan sarayının memarlıq ansamblının ümumi təsvirini müqayisə etdikdə,
plandakı bir çox tikintilərin keçmiş təyinatlarını aydınlaşdıra bilirik.
Hər şeydən əvvəl, bütün ərazinin düzgün planlaşdırılması diqqəti cəlb edir:
müxtəlif tikililərin bir-birilə uyğunlaşmasına ciddi riayət edilməsi,
kompozisiya cəhətdən üç sərbəst bağ və çoxlu hovuzların olması (onlardan
əksəriyyəti təsvirdə göstərildiyi kimi fəvvarələr idi). Kompleksə daxil olan
tikililərin əksəriyyəti xan nəslinin ayrı-ayrı üzvlərinin yaşayış evləri idi; bu
tikililər güman ki, müxtəlif vaxtlarda tikilmişdir. Təsvirdə qeyd edilən
tikililər təbiidir ki, planda göstərilən bağların dövrəsində olan, bizə gəlib
çatmış bir qrup evlərin eynidir. Şəki qalasının bu hissəsi, sözsüz ki, təntənəli
hissə olmuşdur.
Şəki xanları sarayı haqlı olaraq yay saray pavilyonu sayılır, qış sarayı hesab
olunan bina isə çox güman ki, bağlar arasında planda
göstərilən
bir qrup yaşayış binalarının arasında olmuşdur. haqqında danışdığımız saray
binası, onlardan bəziləri plandan göründüyü kimi, saraydan böyük olsa da, bu
qrup tikililər arasında əsas yeri tuturdu.
Şəki xanları sarayının ön fasadı cənuba baxan ikimərtəbəli binadan ibarətdir.
Mərtəbələrin planı eynidir. Bir cərgədə yerləşən üç ev bir-birindən dəhlizlə
ayrılır-bununla da saray planı öz sadəliyi və aydınlığı ilə fərqlənir. Sarayın
baş otaqları birinci və ikinci mərtəbədə yerləşən zallar olmuşdur ki, burada da
iki ensiz taxça arxa divarda və bir enli taxça ön divarda yerləşirdi. Enli taxça
və birinci mərtəbənin zalı güman ki, rəsmi qəbul yeri olmuşdur.
Mərtəbələr arasında daxili əlaqə olmamışdır. İkinci mərtəbəyə yan fasadlara
kirişləri olan, yan otaqların arxasında yerləşən pillələrlə qalxırdılar. İlk
nəzərdə belə yöndəmsiz görünən pilləkənlər tikintinin yay sarayı olması ilə
aydınlaşdırılır. Kompleks tikintiyə daxil olan qış sarayı yay sarayına sarayın
şimal fasadı
ilə əlaqədar olan tikinti ilə birləşirdi. Onu da qeyd etmək vacibdir ki, birinci
və ikinci mərtəbələr arasında daxili yolun olmaması sarayın iki hissəyə-rəsmi
qonaq və şəxsi xüsusi hissəyə ayrılması ilə aydınlaşdırılır. Saxlanılan
sənədlərə görə, aşağı mərtəbənin zalı divanxana adlanırmış.
Sarayın rəsmi hissəsinin başqa hissələrdən təcrid edilməsi Şərq feodal şəhəri
üçün adi haldır və bu hala hətta yaşayış evlərində də təsadüf edilir. Beləliklə,
kənar adamlar ancaq birinci mərtəbəyə, ikinci mərtəbəyə isə ancaq xan ailəsinin
üzvləri və ya onlara qulluq edən adamlar buraxılırdılar. Bu adamlar təsvir
etdiyimiz yay sarayına da buraxılırdılar. Qış sarayı binası tərəfdən yay
sarayının ikinci mərtəbəsinə qalxmaq üçün binanın yan tərəflərində pilləkən
nəzərdə tutulmuşdur.
Sarayın baş-cənub fasadı şəhərə tərəfdir. Memarlıq cəhətdən baş fasadın
hissələrə ayrılması saray daxilinin strukturunu aydın əks etdirir . Sarayda
binaların yerləşməsindən asılı olaraq cənub fasad beş hissədən ibarət olub,
orada orta salonlar, yan otaqlar və dəhlizlər yerləşir ki, onlar da salonları
otaqlardan ayırır.
Baş fasadın kompozisiyasının xüsusiyyəti salon və otaqların xarici divarlarının
həllindən çox asılıdır: burada divarlar bütövlüklə şəbəkə tipli pəncərələrlə
əvəz olunmuşdur . Pəncərə şəbəkələrinin həndəsi ornamentli fiqurları, onlara
vurulan müxtəlif rəngli şüşələr fasadı ayıran hissələrin ornamentli səthləri ilə
çox közəl uyğunlaşır. Belə şəbəkəli fonda piştağın dərin taxçaları çox aydın bir
surətdə közə çarpır və eyni zamanda sarayın birinci mərtəbəsinə girişləri və
onların üzərindəki ikinci mərtəbənin balkonlarını çərçivəyə alır. Beləliklə,
sarayın baş fasadının kompozisiyası üç elementin uzlaşması ilə xarakterizə
edilir: divarın ornamentliliyi, naxışlı şəbəkə və piştağların genişliyi.
Ümumiyyətlə, fasadın memarlığı sarayın daxili planlaşdırılmasında və onun
konstruktiv həllində yüksək rəssamlıq sənətini nümayiş etdirir.
Sarayın interyerindəki naxışlar daha çox maraq doğurur və bir çox
tədqiqatçıların nəzərini cəlb edir. Naxışlar hər iki mərtəbənin iki qıraq
otaqlarındadır. həm birinci və həm də ikinci mərtəbədəki zalların naxışları daha
qiymətlidir. Naxışlar divarların bütün səthini, taxçaları, divardan plafona olan
keçidi, hər iki mərtəbədəki zalların plafonlarını və ikinci mərtəbənin
otaqlarını bəzəyir.
Birinci
mərtəbədəki zalın plafonu həndəsi fiqurlar şəklində olan xırda ağac hissələrdən
yığılmışdır.
Sarayda saxlanılan naxışlar müxtəlif vaxtlarda işlənmiş və onların qiyməti də
müxtəlifdir. Rəssamlıq nöqteyi-nəzərindən daha qiymətli naxışların müəyyən
qədəri, ola bilsin ki, XVIII əsrə aid olanı birinci mərtəbənin və ikinci
mərtəbənin salonunda qalmışdır.
Saray naxışları əsasən dörd qrupa bölünür: həndəsi və bitki naxışlar, süjetli və
quşların təsviri həkk olunmuş naxışlar. Bu dörd tipli naxışlar, onların
vurulduğu səthdən asılı olaraq, müxtəlif kompozisiyalarda göstərilmişdir. Şəki
xanları sarayının əsas kompozisiyası taxça və, aralıqları dolduran pannodur. Bu,
əsas etibarı ilə bitki motivlərindən ibarət olan, hərdən quş şəkilləri əlavə
olunmuş kompozisiyadır. Aralıqlarda aşağı uzanan kompozisiyanın tipi pannonun
enli taxçada və ya ensiz aralıqlarda yerləşdirilməsindən asılı olur .
İkinci mərtəbənin salonunda taxçanın birinci və ikinci yaruslarında haşiyə
şəklində verilən döyüş və ov səhnələrini xüsusi olaraq qeyd etmək olar .
Ümumiyyətlə, Şəki xanları sarayının naxışları koloritinin zənginliyi, qızılı
rəngin geniş tətbiqi ilə xarakterizə edilir. Rənglərin seçilməsi yerli tonların
tətbiqinə əsaslanır. O dövrün bütün divar naxışları kimi, bunlar da tempera ilə
gips üzərinə işlənmişdir. Sarayın !salonlarında olan incə daxili qapılar və
buxarılar diqqəti cəlb edir . 
Şəki xanları sarayına müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı
bizə məlumdur. Çox güman ki, ən əvvəl ikinci mərtəbədəki zalın plafonuna vurulan
naxışlar ustad Abbasqulunun adı ilə bağlıdır . Bu yazı özünün ornamentli
kompozisiyası ilə düzgün və güzgüdəki əksində ustanın adının iki dəfə təkrar
olunması ilə diqqətəlayiqdir. Ola bilsin ki, bu usta sarayı tikən memar
olmuşdur.
Birinci mərtəbədə salonun naxışlarının xeyli hissəsi 1895— 1896-cı illərdə
şamaxılı rəssam-nəqqaş Mirzə Cəfər tərəfindən işlənmişdir .
İkinci mərtəbədəki zalın zəmanəmizə qədər gəlib çatan naxışlarının çoxunu şuşalı
rəssam, usta Qəmbər vurmuşdur. Onun adı ilə bağlı olan 1902-ci il tarixli naxış
ikinci mərtəbədəki zalın taxçasının yuxarı hissəsində qalmışdır.
Bundan başqa, Şəki sarayında ikinci mərtəbənin qıraq otaqlarının naxışlarında
adlarını qovluqları şamaxılı Əliqulu və Qurbanəli adlı ustalar işləmişlər.
Şəki xanları sarayı Azərbaycanda tikinti işinin aşağı səviyyədə olduğu dövrdə
tikilmişdir, ancaq Şəki xanları sarayı bir daha göstərir ki, keçmişin
ənənələrini qoruyub saxlayan ustalar hələ bu dövrdə də yüksək sənətkarlıq
nümunəsi yaratmağa qadir idilər.
1952-ci ildə respublikanın görkəmli memarlarından, memarlıq namizədi Niyazi
Rzayevin rəhbərliyi altında Şəki xanları sarayının ilk dəfə ölçüləri götürülmüş,
tədqiq olunmuş və onun bərpa layihəsi tərtib edilmişdir.
Bərpa işləri 1967-ci ildə başa çatdırıldı və abidə əvvəlki görkəmini aldı.
Şəkixanovlar evi. Təsvir olunan yaşayış evlərinin inkişaf etmiş forması
Şəkixanovlar evidir—bu ev xalq yaşayış evindən saray tipli evlərə keçid
formasıdır.
İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış
evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ
elementlər binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki halda olduğu
kimi, küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin iş,
yaşayış və qonaq hissələrinə bölündüyü aydın göstərilir. Evin hər bir mərtəbəsi
üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci
mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki
otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilmişdir.
Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulmuşdur.
Bina kəllə divarın biri ilə qonşu binaya söykənir, o biri divara isə çardağa
qalxan pilləkən birləşir. Şəkiyə xas olan binanın yerləşdiyi sahə bir az irəli
çıxır, arxa və yan tərəflərdən çaydaşı və kərpiclə hörülmüşdür, fasadın həyət
tərəfindəki meydança çox səliqə ilə yonulmuş daşla və kərpiclə örtülmüşdür.
Evin əsas fasadı aydın, xoşagələn forması ilə fərqlənir. Fasadın mərkəzi oxu
böyük vitraj—şəbəkə ilə işlənmişdir, buna nisbətən ritmik şəkildə xırda ölçülü
şəbəkə yerləşir, aşağı mərtəbədə başqa ritmli pəncərə və qapı boşluqları çox
səliqə və dəqiqliklə işlənmişdir.
Şəkixanovlar evinin fasadının aşağı hissəsinin sadə tikilişi aşağı mərtəbədəki
yaşayış evlərinin bəzəyinə çox uyğun gəlir, burada ornament və naxış demək olar
ki, yoxdur, hətta kaminbuxarı belə bəzənməmişdir.
İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ
buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona
nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənmişdir.
Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar
yerləşdirilmişdir. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl",
"Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənmiş və üstü
çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülmüşdür. Kəllə divarlarda da bu cür
iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar
yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də
stalaktit karniz üzərində yerləşmişdir. Güzgü stalaktitinin mürəkkəb quruluşunu
salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu
üzərində kiçik taxçalar yerlə-şir. Bu taxçalar vazalarda kül dəstələri, heyvan
və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan
sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənmişdir .
Plafon xüsusilə zəngin bəzənmişdir, ornamentli çərçivədə bit-ki aləmini ,əks
etdirən şəkillər və bu fonda rəngli qanadları olan yarımçılpaq qadın fiqurları
göstərilir.
Salonun belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli "şəbəkə" ilə
tamamlanır və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən
işıq divarlarda, döşəmədə və tavanda rənglər parlaqlığını yaradır. |
|
 |
 |