“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin icraçı direktoru Hakim Əlizadə noyabr ayının 3-4-ü Füzuli rayonunun işğaldan azad edilən ərazilərinə səfər edib. Səfər çərçivəsində bir neçə cəbhəyanı kənddə və Horadiz şəhərində olan Birliyin direktoru yerli əhali ilə səmərəli görüşlər keçirib. Görüş zamanı cəbhə xəttinə yaxın yaşamağın öxünəməxsus çətinlikləri haqda diskusiyalar aparılıb....
32 dəfə baxılıb
Gəncliyin sözü...
İSLAM VƏ AİLƏ PLANLAŞDIRILMASI: İNANCLAR, AİLƏ VƏ ƏNƏNƏLƏR
Ailə zahiri cəhətdən cəmiyyətin ən kiçik qurumudur, lakin əhəmiyyət baxımından cəmiyyətin əsas sütunlarından birini təşkil edir. Təsadüfi deyil ki, belə bir deyim mövcuddur: «Ailə də bir dövlətdir». Çünki, hər bir dövlətdə olduğu kimi, hər bir ailənin də öz strukturu, öz konstitusiyası, özünəməxsus idarəetmə sistemi və tərəflər arasında vəzifə bölgüləri vardır. Hər bir millətdə, xalqda, ideoloji-fəlsəfi cərəyanlarda olduğu kimi, ilahi dinlərdə də ailəyə xüsusi önəm verilir. Biz bu gün konkret olaraq son ilahi din...
109 dəfə baxılıb
bilDİN
Ramazan bir vəfa ayı
Ramazan ayının başlamasıyla bir həyəcan, bir sevinc dolur könlümüzə. Həzrəti Rəsulullah (s) müqəddəs ayın başlandığı bir gündə belə buyurdu: “Kim ki, Ramazan ayının gəlməsiylə qəlbində, könlündə bir sevinc duyarsa, Allah o şəxsin cəsədini Cəhənnəm atəşinə haram qılar.” Bildiyimiz kimi, oruc tutmaq bütün ilahi dinlərdə bu və ya digər formalarda mövcuddur. Sonuncu ilahi din olan İslamda da oruc tutmaq vacib buyurulub. Bu ilahi hökm Məhəmməd peyğəmbərin (s) hicrəti dövrü, Mədinə şəhərində nazil olub. Allah Qurani-Kərimdə “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz.” deyə buyurur. (Bəqərə surəsi, ayə 183) ...
Hakim Əlizadə
34 dəfə baxılıb
Ideal
Belə bir dostun olubmu?
- Həmişə düşünürdü. - Az danışıb, çox dinləyərdi. - Lazımsız yerə danışmaz - danışarkən nə artıq, nə də əskik söz işlədərdi. - Dünya işləri üçün keyfini pozmaz, əsəbiləşməzdi. - Özü üçün başqalarına acıqlanmaz, intiqam almazdı. - Bağışlaması gözlənilən idi. - Düşmənlərini bağışlamaqdan əlavə ...
Orxan Axundsoylu
77 dəfə baxılıb
adəm&həvva
AİLƏM XOŞ BƏXTDİR!
I şərt Ailə həyatı ilə yaşamaq Bu sözlər eyni dərəcədə həm ərə, həm də arvada aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı, həyatını onların həyatı ilə yaşamalıdır. Bunun üçün ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzu-sunu nəzərə almalı, qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməlidirlər. Həmçinin ər-arvad xoşbəxtliklərini...
69 dəfə baxılıb
Sütun
İki cahanın nuru
Fil ili, Rəbiül-əvvəl ayının on yeddinci günü idi. Məkkədə dan yeri təzəcə ağarırdı, şəhər növbəti gününə başlayırdı. Günəş yavaş-yavaş qızıl qumlu səhradan baş qaldırırdı. Həmişə olduğu kimi bu səhər də Məkkədə səssizlik hökm sürürdü. Lakin, bu səssizliyi yenicə ailə qurmuş Abdullah və Əminənin evindən ucalan bir körpə səsi pozdu. Bu, o səs idi ki, gələcəkdə aləmlərə...
Elmar İslamoğlu
84 dəfə baxılıb
Haqqımızda
ƏZİZ OXUCU!
Heç fərqinə varırıqmı, həyatın getdikcə artan sürəti, bir-birini əvəz edən irili-xırdalı qayğıları bizi ətrafımızdakı insanlara, sadəcə kiçik bir hissəsi olduğumuz cəmiyyətə qarşı nə qədər biganə edib? Bu halımızla...
Təsisçidən: Elşən Mustafaoğlu
630 dəfə baxılıb
Для размышляющих
Облик Джалаледдина Руми
Bыдающийся мистик и мыслитель Джалаледдин Руми родился 30 июля 1207-ого года в городе Балх провинции Хорасан. Отец Руми Бахааддин Валад был известнейшим теологом и прославлен как Султан уль-Улама (царь ученых), а мать Мумина Хатун принадлежала к роду потомков почтеннейшего Пророка Мухаммеда (мир ему). Джалаледдин воспитывался в духовной среде, изучал Коран и хадисы. Отец учил его искать Бога...
Статью подготовила: Илаха Карагезова
119 dəfə baxılıb
Aşura
AŞURA -TARİXİ TİTRƏDƏN HADİSƏ
"Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib...
MS
380 dəfə baxılıb
Ramazan
ON BIR AYIN SULTANI RAMAZAN
Hər şeydən öncə qeyd etmək lazımdır ki, oruc tutmaq bəşər övladının ən qədim ibadətlərindən biridir. Hələ bəşəriyyət tarixinin ilkin çağlarından Allah Öz peyğəmbərləri...
Elşən Mustafaoğlu
347 dəfə baxılıb
Hadisə
QURBANIN QOYUN OLSUN
Qurban bayramı İslamın iki ən böyük bayramından biridir. Qurbanlıq ənənəsi hələ qədim dövrlərdən insanlar arasında geniş yayılmışdır. Bir sıra inanclara görə, İlahidən əhəmiyyətli bir şey dilədikdə bu diləyin qəbul olunması üçün mütləq qurban vermək lazım idi. Bəzi inanclarda qəbilənin yeniyetmə və ya gənclərindən birinin həyatına qurbanlıq adı ilə qəsd edirdilər. Bir çox qəbilələrdə adətən qurbanlıqlar qızlar olurdu. Beləliklə, güya Allah yolunda günahsız birinin qanı axıdılır və buna qurbanlıq adı verilirdi....
Elşən Mustafaoğlu
231 dəfə baxılıb
Bilirsinizmi
"İNSANLARIN DƏSTƏ-DƏSTƏ İSLAMA DAXIL OLDUQLARINI GÖRDÜYÜN ZAMAN…"
Zəmanəmizin ən görkəmli şəxsiyyətlərindən biri, fransız mütəfəkkiri və filosofu Roje Qarodi 1913-cü ildə Marseldə anadan olub. 1945-ci ildə o, Fransanın Milli Şurasına seçilmiş, parlamentin sədr müavini, senator...
478 dəfə baxılıb
Oxucu məktubu
OXUCU MƏKTUBU
Salam, hörmətli redaksiya! Mən sizin jurnalınızın 2-ci sayını oxudum və çox bəyəndim. Mənim çoxdankı arzum idi ki, bizim ölkəmizdə də elmi-mədəni-dini bir jurnal çap edilsin. Jurnalınızda hicablı xanımların işdən və yaxud...
453 dəfə baxılıb
Münasibət
HARAMIN BƏLASI
Ətrafımıza baxdıqda gözümüz önündə Allahın bizlərə bəxş etdiyi saysız-hesabsız nemətləri seyr edirik. Bütün bu nemətlər, bu gözəlliklər - Allahdandır! Bəs bu nemətlərdən istifadə etdikdə, onlardan faydalanmağa çalışdıqda Uca Rəbbimizi yad edirikmi? Onun bizlərə bəxş etdiklərindən necə, hansı tərzdə istifadə etmək lazım olduğu haqqında düşünürükmü? Başqa sözlə, bu bol-bol nemətlərdən istifadə etdikdən əvvəl, onların halal yolla əldə etdiyimizin fərqinə varırıqmı? Zənnimizcə, bu mövzu halallıqla...
Elşən Mustafaoğlu
230 dəfə baxılıb
Mədəniyyət
MAVİ EKRANIN YAŞIL RƏNGİ
Bu gün Kütləvi İnformasiya Vasitələri (KİV), xüsusən televiziyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Evdə, işdə, istirahətdə, hətta yolda belə televiziyanı sevə-sevə seyr edə bilirik. Bu baxımdan televiziyanın mavi ekranında nələrin göstərilməsi, hansı mədəniyyətin təbliğ olunmasının aydınlaşması çox vacib amildir. Amma biz bu yazımızda “mavi ekranın” bizim mənəviyyatımızın təbliğində oynadığı roldan, daha doğrusu televiziyalarımızda yayımlanan ...
Elmar İslamoğlu
224 dəfə baxılıb
Din
MÜSƏLMANLARIN İLLİK "TOPLANTISI"
Allah-Təalanın müsəlmanlara vacib buyurduğu ayinlərdən biri də Zilhiccə ayında edilən Həcc ziyarətidir. Maddi və fiziki imkana malik olan hər bir müsəlmanın ömründə bir dəfə Məkkəyə - Kəbə evinin ziyarətinə gedib bu ziyarəti yerinə yetirməsi İslam dininə görə vacibdir. Allah-Təala "Ali-İmran" surəsinin 97-ci ayəsində belə buyurur:...
162 dəfə baxılıb
Gözəllik
BƏZƏK ƏŞYALARI
İnsanın xəyalında zərgərlik sənəti ilk növbədə şəxsi bəzək əşyaları ilə əlaqələndirilir. Lakin bu bədii sənət sahəsi təkcə qolbaq, üzük və s. bəzək əşyaları ilə tamamlanmır. Buraya həmçinin interyerin tərtibat əşyaları, xırda plastika, qab-qacaq, silah, suvenirlər və s. daxildir. İncəsənətin əsas məqsədlərindən biri zəmanənin...
SÜRƏYYA
316 dəfə baxılıb
Qadın
DÜNYANIN ƏN ZƏRİF MƏXLUQU
QADIN eyni zamanda övlad, bacı, həyat yoldaşı, ana və s. statuslara sahib ola bilər. Sadalanan statusların hər biri bəşəriyyətin zərif nümayəndəsinə xüsusi münasibət, diqqət və qayğı tələb edir, əsasən də kişilər tərəfindən. ...
240 dəfə baxılıb
Molla Nəsrəddin
MOLLA EŞŞƏYİNİ NECƏ İTİRDİ
Çoxdan idi ki, Molla Nəsrəddinin yolu bu tərəflərə düşmürdü. Eşşəyini sürətlə geridə qoyan maşınlara baxaraq düşünürdü: "Ya Rəbbim! Görəsən bunlar hara tələsir axı? Bir-birini ötmək üçün az qalırlar ki, canlarından da keçsinlər. Yəqin bir fəlakət üz verib, hamı yardıma yetməyə çalışır. Allah özü kömək olsun!.." Bunu düşünərək o, eşşəyini...
ELAY
368 dəfə baxılıb
Düşüncə
ALLAH SƏNİ ÇAĞIRIR EşidirSƏNmi?
HƏCC TƏCRÜBƏSI MƏNƏ NƏLƏRİ ÖYRƏTDI? Şəxs əvvəlcə "Həcc nə deməkdir?" deyə sual verməlidir. Həcc mahiyyət etibarilə insanın Allaha doğru yüksəlməsidir. Adəmin yaradılış fəlsəfəsinin simvolik bir tamaşasıdır. Bir az da açıqlayacaq olsaq Həcc ibadəti bir çox şeyin eyni anda nümayiş etdirilməsidir: "yaradılış tamaşası", "tarix tamaşası", "birlik tamaşası", "İslami nizam tamaşası" və bir "ümmət tamaşa"sı....
Hazırladı Ramin Vəkilov
210 dəfə baxılıb
Sağlam ol
YAŞA DOLMAQDAN QORXURSUNUZ?
Bəşər övladı mütləq bir gün öləcəyini bilsə də, bunu özünə və ya bir yaxınına asanlıqla aid edə bilmir. Ölüm həqiqətilə üzləşmənin qocalıqda olacağını zənn edərək, onu daha çox yaşlı insanlara aid edir. Ağ saçlar və üzdə əmələ gələn qırışlarla özünü bildirən qocalıq insana oynamaqda olduğu "həyat" adlı oyunun artıq sona yaxınlaşdığını, səhnəni yeni nəsillərə vermək zamanı gəldiyini hiss etdirir. Qocalığın nə olduğu...
SEVDA
227 dəfə baxılıb
Həmsöhbətimiz
Altay Göyüşov: "…ARİF ODUR Kİ, ANCAQ DÜNYASI İLƏ YAŞAMASIN…"
- Altay müəllim, bir elm xadimi olduğunuz üçün xahiş edərdik ki, ilk öncə öz elmi işləriniz haqqında oxucularımıza məlumat verəsiniz. - Mən artıq 10 ilə yaxındır ki, elmi işimin mövzusu olan "1917-1920-ci illərdə Şimali Qafqaz və...
Müsahibəni apardı: KÖNÜL ƏKBƏROVA
269 dəfə baxılıb
Ailə
Ailənin kiçik sirri
Həyat yoldaşınızı tərifləyin! Bilirik ki, hər bir insan təriflənməkdən xoşlanır. Unutmayın ki, qarşı tərəfi səmimi qəlbdən tərifləmək onların sizi sevməsinə əsas yaradacaq. Xüsusilə də, kişilər arvadlarının onları tərifləməsini çox istəyirlər. Ona görə də həyat yoldaşı qarşı tərəfin ən kiçik bir müvəffəqiyyətini böyüdərək, dərhal tərifləməlidir. Tez-tez həyat yoldaşının gözəl işlərini xatırlatmalıdır. Həyat yoldaşını təhqir etmək isə yolverilməzdir! Unutmayın ki, həyat yoldaşınıza verdiyiniz dəyər, sizin qazandığınız dəyərdir. Bir də, "İdeal kişi ideal qadını və ideal qadın da ideal kişini yaradır". Bu mənada, ərlə arvadın evliliklərinin ilk günlərində olduğu ab-havanı qoruya bilməsi üçün bir-birlərilə maraqlanmaları və bir-birlərinə dəyər vermələri - ən başlıca şərtdir. Odur ki, cütlüklər nizamlı şəkildə hər gün bir-birlərinə qarşı məhəbbətlərini, hörmətlərini bildirməlidirlər. Ailə - çiçəklər, ağaclar, bənzərsiz güllər və müxtəlif gözəllikləri özündə əks etdirən bir bağçaya bənzəyir. Elə bir bağçaya ki, gözəlliyini qoruya bilməsi üçün hər gün onunla maraqlanmaq lazımdır. Əgər bir gün bu bağça ilə maraqlanılmazsa və lazım olan qulluq təmin edililməzsə əlbəttə ki, bağça xarab olar. Lazım olan diqqətin göstərilmədiyi hər gün bağça bir az daha çirklənməyə başlayacaq. Odur ki, həm qadın, həm də kişi bir-birlərinə qarşı diqqətcil olub, hər gün bir-birləri ilə maraqlanmaları lazım olan bir gül kimidir. O gül ki, onunla siz nə qədər çox maraqlansanız o qədər çox təravətli olacaq və hər zaman ətrini qoruyacaq. ...
Mənəvi Saflıq
41 dəfə baxılıb
Həyat risaləsi
XUM ÇÖLÜNDƏKİ HADİSƏ
Bəşəriyyət tarixi sonradan cəmiyyətin simasını dəyişə biləcək taleyüklü hadisələrlə zəngindir. Bu qəbildən olan hadisələr adətən tarixin dönüş nöqtəsi adlandırılır. İslam tarixində də müxtəlif dövrlərdə müsəlmanların sonrakı həyatına, fəaliyyətinə təsir edəcək dönüş nöqtələri mövcuddur. Belə tarixi dönüş nöqtələrindən birini də Qədir-Xum hadisəsi təşkil edir. Bəli, həmin gün sevimli Peyğəmbərimiz (s) İlahi göstərişlə müsəlmanların sonrakı talelərini müəyyən edəcək, bütün İslam dünyasında öz əks-sədasını...
Elşən Mustafaoğlu
280 dəfə baxılıb
İslam və mən...
Üzvlərimiz
Masiyeva Leyla İlqar qızı
İslam tarixini, Peyğəmbərimizin (s) və məsum imamlarımızın (ə) hədislərini oxuduqca əsl kamalı İslamda gördüm. İslam gözəl əxlaqın, elmin, mənəvi zənginliklərin dünyasıdır. Bu dünyanın qapısı...
Hüseynova Təhminə Qəşəm qızı
Mən dindar mühitdə böyüyüb tərbiyə almışam. Hələ uşaq yaşlarından...
dıgər üzvlər...
Əziz ziyarətçilərimiz!
"Mənəvi Saflıq" saytı sizə yeni pulsuz xidmət təklif edir.
Bizim vasitəmizlə siz respublikamızın tanınmış din mütəxəssislərinin birbaşa iştirakı ilə kəbininizi PULSUZ kəsdirə bilərsiniz. Əlaqə telefonlarımız:
(012) 596 73 22; (012) 494 97 19; (055) 775 76 67;
Yeni qurulan ailəni bizdən hədiyyə gözləyir...
Əla görünüş: browser: Internet Exploler 6.0 display: 1024x768 Saytı hazırladı: -= Elşən Quliyev (Bakı,Azərbaycan) =- Tel: (+994 55) 702 81 76 ICQ: # 388-546-551 http:// www.eq.yenisharq.org E-mail: eq@yenisharq.org; e..q@mail.ru
Saytın təsisçiləri: "MƏNƏVİ SAFLIĞA DƏVƏT" ictimai birliyi və "MƏNƏVİ SAFLIQ" jurnalı Ünvan: Bakı şəhəri,Nəcəfbəy Vəzirov küçəsi 10, mənzil 84 Telefon: 596 73 22 http://www.manevisafliq.org E-mail:manevi_saflig@mail.ru