Foto: SALIS

 

"İlham Əliyev" şəkil sorğusu üzrə "Google"nin şəkil axtarış sistemi 2-ci və 3-cü yerdə "Şəkinin səsi" qəzetinin veb saytından şəkillər təqdim edir...

 * *

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Açıq məktub 

 

  İyunun 15-də “Şəkinin səsi”qəzetinin 15 yaşı tamam oldu; İndi həmin gün, "Qurtuluş günü"dür!

  1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda ictimai-siyasi  vəziyyət xeyli kəskin idi. Axşam Milli Məclisdə, Milli Məclisin həm də prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli idi. Belə bir gündə, günorta vaxtı “Şəkinin səsi” qəzetinin 1-ci sayı Şəki mətbəəsində nəşr olunurdu. “Şəkinin səsi” qəzeti artıq Azərbaycan ictimaiyyətinə məlumat verirdi ki: “Heydər Əliyev Milli Məclisin sədri seçilmişdir!”  Bəli, hələ xeyli əvvəldən Salis Məmmədov əmin idi ki məhz, Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri olacaqdır!

Bax: >>>

 

ABŞ-ın  Azərbaycandakı səfiri xanım Ənn Dersi həyat yoldaşı Henk Hendriksonla birlikdə Şəkinin qonağı olmuşdur 

Şəkildə: ABŞ səfiri həyat yoldaşı ilə birlikdə  "Şəkinin səsi" - "İpəkçi" nin ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş yeni buraxılışı ilə tanış olarkən.

ABŞ səfiri xanım Ənn Dersi Şəkidə olarkən əməkdar jurnalist M. Salislə görüşmüş, onun “İpəkçi” qəzetinin öz ölkəsində yaxşı tanındığını, Nyu-Yorkun mətbuat evinin sərgi salo- nunda adı çəkilən qəzetin atlas parça üzərində çap edilmiş 1000-ci nömrəsinin bu gün də nümayiş etdirildiyini məmnunluqla vurğulamış, ABŞ və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndiril- məsində bir jurnalist kimi baş redaktorun xidmətlərini yüksək qiymətləndirmişdir.

 

Bax: 5 iyun tarixli "Şəkinin səsi" qəzeti" 

  

 

17.05.2008 4-cü dəfə keçirilən NETTY-2008(Azərbaycan Milli İnternet Mükafatı) - müsabiqəsində Şəki saytlarının, o cümlədən "Şəkinin səsi" qəzeti saytlarının uğurlu çıxışı!

 

Diqqət! Yeni rudlika:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəranda çıxış edərkən; arxada:  Hadi Rəcəbli

ÜZBƏÜZ 

  (07.03.08;13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı) 

Hadi  Rəcəbli: referendum  çağrılmalıdır,  Konstitusiyaya düzəliş  edilməlidir ki,  1 şəxs dəfələrlə Azərbaycan  Respublikasının Prezidenti seçilə  bilər. Biz nəyə görə möhtərəm İlham  Əliyevin 3-cü dəfə prezident seçilmək  hüququna məhdudiyyət qoymalıyıq ki?!

    AydınMəmmədov:Hadi müəllim,  "Şəkinin səsi" qəzetinin web saytında  yeni rublika - "Üzbəüz" rublikası  açmışıq, məqsədimiz bu rublika altında  görkəmli şəxslərlə üzbəüz oturub,  sözümüzü demək və onların sözünü eşitmək, fkrimizi çatdırmaq və qarşı  tərəfin münasibətini öyrənmək, bizi maraqlandıran suallara cavab almaq, bir sıra problemlərin həllində iştirak etmək, bir sözlə, ictimai fəallıq göstərməkdir və ilk müsahibimiz də sizsiniz. Belə ki siz Milli Məclisdə komissiya sədrisiniz, siyasi elmlər doktorusunuz, ən əsası isə, hər halda bizim üçün ən əsası isə odur ki Siz Şəkidə 5 il 1- katib işləmisiniz indi isə "Şəkinin səsi" qəzetinin tedaksiya heyətinin üzvüsünüz.

     Hadi Rəcəbli: Birici nədən başlayaq?

      Ardını 29.03.2008-ci il tarixli "Şəkinin səsi" qəzetində oxu  >>> 

 

Avropa İnsan haqlari müdafiəçisi, jurnalist, hüquqşünas - İntiqam Məmmədov da web səhifəsini yaradıb:

 

 

Tezliklə, Şəki şəhərində redaktə edilən 7 qəzetdən daha birinin - "Şəki   bələdiyyəsi"nin də web səhifəsi ola bilər 

  

Almaniyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin sədri Mərdan Ağayevin bizim sayta məktubu

     Aydın bəy,  məlumunuz olsun ki, Aprel ayının əvvəli, Berlin şəhərindəki "Verlag Dr. Köster" nəşriyyatında "Jahrbuch Aserbaidschan forschung"
 ("Azərbaycan tədqiqatları") adlı illik məcmuənin 2-ci cildi nəşr olunacaq. (Bildiyiniz kimi 1-ci cild 2007-ci ilin mart ayında işiq üzü görmuşdür) "Jahrbuch Aserbaidschan forschung"-un 2-ci cildində 15 məqalə dərc olunub və 350 səhifədən ibarətdir. Bu illik məcmuədə, Avropada Azərbaycan movzusu ile məşğul olan bir çox alman aliminin məqalələri öz əksini tapıb.  Sizin adınızı kitabın ön sözundə qeyd etmişik      ( BAX: ) , yəni bizə 2 ci cildin yaranmasında kömək göstərən şəxslərin adlarını sadalayarkən. Daha ətrafli məlumat uçun, bu internet səhifələrinə baxa bilərsiniz:
  • Mərdan Ağayev 

         - Həmçinin, "Jahrbuc hAserbaidschanforschung un Bakıdakı ilk təqdimat mərasimini barədə "Şəkinin səsi"ndə dərc olunmuş məqaləyə bax: >>>

    - Həmçinin, "Jahrbuc hAserbaidschanforschung un nəşrini və təqdimat mərasimini Azərbaycan KİV tərəfindən işıqlandırılmaması barədə felyetonu oxumaq üçün bax: >>>