login:
şifrə:  
 
088 TollFree
Avirtel LTD mükafatlar
ox

Mükafat Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) tərəfindən Azərbaycanda Toll Free xidmətinin uğurlu tətbiqinə görə təqdim edilmişdir.


Reklam
 
 

4 Oktyabr, 2008
AvirTel öz şəbəkə infrastrukturunu genişləndirir.

Öz əhatə dairəsini günü – gündən genişləndirən AvirTel artıq Bakı əhalisinin böyük bir hissəsinə genişzolaqlı sürətli İnternet xidmətləri təqdim etməkdədir. Biz artıq Bakı şəhərində yeni bir ATS ərazisində də fəaliyyətə başladıq. Səbail rayonu ATS 491 ərazisində yaşayan dəyərli sakinlər sürətli internetdən istifadə etmək üçün bizə müraciət edə bilərlər.

Qeyd edək ki, AvirTel hal-hazırda aşağıdakı ATS ərazilərində fəaliyyət göstərir.
ATS 493/498/598, ATS 494/495/596, ATS 430/431/530, ATS 438/439/510, ATS 432/434, ATS 492/497/437, ATS 568/569/560, ATS 440/441/449, ATS 474/475/476/470, ATS 454/459 ATS 421/422/423, ATS 428/429, ATS 491, Abşeron ATS 442, ATS 409, Sumqayıt ATS 642/644, Gəncə ATS 52, 56, 57, 58, 59, Lənkəran ATS 4, 5, Quba ATS 5

3 Oktyabr, 2008
Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılacaq

Azərbaycan Nazirlər Kabineti yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınmasında, informasiya texnologiyalarının inkişafında nanotexnologiyaların həlledici rolunu nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Sənədə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bir ay müddətində Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsinin layihəsini, struktur və ştat sayı barədə təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edilməsi barədə tapşırıq verilib. Qeyd edək ki, qərarın tam mətni ilə RİTN-in portalının “huquqi sənədlər” bölməsində tanış olmaq olar.

. bölmə: IT xəbərlər — mənbə: “mincom.gov.az"

17 İyul, 2008
Facebook dəyərini itirir

Bilindiyi kimi 2007 Oktyabrında Microsoft, Facebookun %1.6'lık hissəsi üçün 240 milyon dollar ödəmişdi.

Bundan yola çıxaraq kiçik bir hesablama edəndə, Facebookun cəmi dəyərinin 15 milyard dollar olduğu görülürdü. ConnectU saytın qurucuları, isə Mark Zuckerbergin öz fikirlərini oğurladığını iddia edirdilər. Nəticədə, ConnectU və Facebook arasındakı anlaşılmazlıq aradan qaldırıldı və iş şirinliklə yoluna qoyuldu; lakin daha sonra ConnectU razılaşmadan imtina etdi və mövzu mühakimə mühitinə daşındı. Bunun nəticəsində də ConnectU, Facebookun dəyərinin 3.75 milyard dollar olduğunu müdafiə etdi.

New York Times xəbərinə görə isə, Facebookun əsl dəyəri nə 15 milyard dollar nə də 3.75 milyard dollar. Gerçək dəyəri, bu ikisinin arasındadır

. bölmə: IT xəbərlər

7 İyul, 2008
AvirTel-də karyera imkanı

Abşeron, Sumqayıt və Quba ərazisində yaşayan iş axtaran sakinlərin nəzərinə. AvirTel şirkəti əlavə gəlir əldə etməyiniz məqsədilə Sizə yeni imkanlar yaradır.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın və CV formanızı info@avirtel.com ünvanına yollayın.

30 İyun, 2008
AvirTel artıq ATS 568/569/560 və ATS 428/429 ərazisində genişzolaqlı İnternet xidmətləri göstərir.

AvirTel MMC öz şəbəkə infrasturukturunu təkmilləşdirərək iyun ayından etibarən qeyd olunan ATS ərazilərində yüksək sürətli İnternet xidmətini təşkil etmiş və bu ərazidə yaşayan əhaliyə sərfəli şərtlərlə İnternetə qoşulmaq üçün şərait yaratmışdır. Qeyd edək ki, Bakı şəhərində öz xidmət ərazisini genişləndirməklə yanaşı AvirTel respublikanın bir sıra iri regionlarında da sürətli İnternet xidmətləri təklif edir.

ADSL İnternet xidmətinə qoşulmaq və ya əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

9 İyun, 2008
Milyarder Karl İkan Yahoo şirkətini 49.5 milyard dollara dəyərləndirib

The New York Times nəşri xəbər verir ki, milyarder və Yahoo səhmlərinin sahiblərindən biri Karl İkan hesab edir ki, Yahoo internet-şirkətinə məxsus bir səhmin ədalətli qiyməti 34.375 dollar təşkil edir. Beləliklə axtarış sisteminin ümumi dəyəri 49.5 milyard dollara bərabərdir. İkan hesab edir ki, əgər Microsoft Yahoo şirkətini əldə etməklə bağlı danışıqlara qayıtsa, korporasiyası rəhbərliyi bu qiymətlə razılaşmalıdır. Lakin Microsoft rəsmləri axtarış sisteminin rəhbərləri ilə razılaşa bilməsə, onda Yahoo şirkəti özünün əsas rəqibi sayılan Google-a əməkdaşlıq üçün yollar axtarmalıdır.

Maliyyəçi Karl İkan, səhmdarı olduğu şirkətin idarə olunmasına müdaxilə edən şəxs kimi tanınır, Yahoo axtarış sisteminin Microsoft korporasiyası tərəfindən əldə olunmasının lehinə fəal çıxış edib və edir. Bu yaxınlarda o, Yahoo-nun direktorlar şurasını öz adamları ilə dəyişdirməyə müvəffəq olsa, şirkətinin baş direktoru Cerri Yanqı tutduğu vəzifədən kənarlaşdıracağını bəyan edib.

bölmə: IT xəbərlər — mənbə: “rabita.az"

3 İyun, 2008
Israel.com domen adı 5.88 milyon dollara satılıb

Israel.com domen adı online-hərracda 5.88 milyon dollara satılıb. Yeni sahibin adı məlum deyil. 2008-ci ilin may ayının əvvəlində qeydiyyatçı Moniker bəyan edib ki, Israel.com domeni hərraca başlanğıc qiymət olaraq 5.5 milyon dollara çıxarılıb. Hərrac mayın 23-də başlayıb və 6 gün ərzində sona çatıb.

İndi bu domendə İsrail haqda və bu dövlətin tarixini əks etdirən ümumi məlumat yerləşdirilib. Israel.com domeninin keçmiş sahibi, 46 yaşlı yəhudi mənşəli amerika vətəndaşı Coel Noel Fridman onu 1994-cü ildə əldə edib.

bölmə: IT xəbərlər — mənbə: “rabita.az"

2 İyun, 2008
Mozilla Ginnesin rekordlar kitabına düşmək niyyətindədir

Açıq brauzer istehsalçısı Firefox Mozilla Corporation şirkəti Ginnesin rekordlar kitabına düşmək niyyətindədir. Firefox 3 versiyası işıq üzü gördükdən dərhal sonra, ilk 24 saat ərzində istifadəçilər tərəfindən yüklənilməsini müəyyən etmək üçün şirkətin Kaliforniyadakı ofisinə komitənin nümayəndələri gələcəklər. Bu günə rekordlar kitabında “Yükləmənin sürəti və miqdarı” adlı kateqoriya mövcud deyil, lakin iyun relizindən sonra əlavə oluna bilər.

Mozillada deyirlər ki, relizdən sonra ilk sutkalar ərzində yükləmənin miqdarı 1.6 milyon təşkil etməlidir, ancaq bu rəqəm 5 milyonadək arta bilər. Xatırladaq ki, açıq brauzerin final relizi 2008-ci ilin iyun ayının ortalarına planlaşdırılıb. Bu günə brauzerin sonuncu versiyası Firefox 3 Release Candidate 1 (RC1) sayılır. Bundan əlavə Mozilla korporasiyasında deyirlər ki, ilk gündə 175 milyon nəfər Spread Firefox saytında Firefox 3 məhsulunu əldə etmək istədiklərini bildiriblər.

bölmə: IT xəbərlər — mənbə: “rabita.az"

arxivdəki xəbərlər


Dial Up kartları

AvirTel TV'də
Rəsmi Dilerlər

AvirTel KİV'də
Cibc Group
Caspian Energy Telecom

 

Copyright © Avirtel LTD