Yorulmusunuz? Hündür binaların tutqun mənzərəsi, yollardakı maşın karvanları,
aramsız piyadalar, şəhərin səs-küyü, saralmış yarpaqları, toz və tüstü ilə dolu
havanı asfalt üzərində hərəkətə gətirən küləyin səsi Sizi cana gətirmişdir. Uca
dağlar və yaşıl sıx meşələr cansıxıcı şəhəri unutdurmaqda Sizə kömək edəcək.
Təmiz, şəffaf hava Sizin köksünüzü dolduracaq. Buludlar altında fırlanan
qartalların şahanə görünüşü Sizdə azadlıq hissi aşılayacaq. Və Siz qartal
yüksəkliyindən yer üzərindəki Cənnəti görmək üçün qanadlarınızı açıb uçmaq
istəyəcəksiniz. Əgər Siz uçmağı xoşlamırsınızsa, onda “Cənnət Bağı”nda
gəzişin və mavi sularda üzən ağappaq qu quşlarına tamaşa edin. Mehmanxana
kompleksi 2 otaqlı apartamentlərdən və kotteclərdən ibarətdir. Quba "Cənnət
Bağı" aşağıdakı xidmətləri təklif edir. • Rahat nömrələr • Restoran •
Bar • Bilyard • Sauna • Acıq basseyn • Tennis kortu • Musiqili
əyləncə proqramları Restoranda Azərbaycan və Avropa mətbəxinin ləziz
yeməklərini dada bilərsiniz. BİZƏ – QUBAYA GƏLİN VƏ BİZ SİZƏ HƏQİQİ CƏNNƏT
BAĞININ QAPILARINI AÇARIQ.
|
|