Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |   
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 889
    Məqalələrin sayı: 734
    Fotoların sayı: 992

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

World Summit Award müsabiqəsinin "Elektron elm" nominasiyası üzrə qalibi


NETTY Milli İnternet Müsabiqəsinin "Mədəniyyət" nominasiyası üzrə qalibi

 Stopkadr




 Bizimlə birgə







Ëàóğåàòû Íîáåëåâñêîé ïğåìèè â îáëàñòè ëèòåğàòóğû

Hümmət Əlizadənin folklor nəşrləri
Qloballaşmanın doğurduğu yeni reallıqlar  
Əli Kərimi niyə sevdim
Yuri Rıtxeu
LitKafe 
  Sonuncu Çukça: Auldan Fransua Mitteranadək




Əsas səhifə

................................................................
Qabriel Qarsiya Markes. Yüzillik tənhalıq

Tarix: 10.10.08// Tərcümə: Mehman Musabəyli

Qabriel Qarsiya Markes

   Çox illər ötüb keçəcək və bir gün divar qarşısında durub güllələnməsini gözləyən polkovnik Aureliano Buendia, atasının onu buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. O vaxt Makondo gil və bambukdan tikilmiş iyirmi komadan ibarət balaca bir kənd idi, öz duru sularını sürətlə çapan bir çayın sahilində yerləşirdi. Çayın yatağı boyunca qədim yumurtalar kimi nəhəng, cilalı daşlar ağarırdı. Dünya o qədər təzə idi ki, çox şeyin adı hələ olmadığından onlara barmaq tuşlamaq lazım gələrdi. Hər il mart ayında əyinləri cındır qaraçı dəstəsi kənd qırağında çadırlar qurar və fit küyültüsü, dəf cingiltisi altında Makondo sakinlərini alim ərlərin son ixtiraları ilə tanış edərdi. Qaraçıların ilk gətirdikləri şey maqnit oldu.

.........................................................................................

Jan-Mari Qustav Leklezio: Mən həmişə Fransa üçün "özgə" olmuşam

 Tarix: 09.10.08// Həmsöhbət: T.Çandra // Tərc.: Səbinə Muradova

Jan-Mari Qustav Leklezio     Bu müsahibəni ədəbiyyat üzrə 2008-ci ilin Nobel mükafatçısı Jan-Mari Qustav Leklezio 2004-cü ildə verib.

- Tənqidçilər sizi birmənalı qəbul etmir. Sizi gah ekoloji problemləri ədəbiyyata gətirən, gah da mifik təəssüratlarda olan yazıçı kimi qələmə verirlər. Ümumiyyətlə,  janrınızı müəyyənləşdirmək onlar üçün müşkülə çevrilib. Bu haqda nə düşünürsünüz?

   - Adam öz yaradıcılığına qiymət berə bilməz ki... Bəlkə də belə olması daha yaxşıdır. Qoy, heç məni təsnifləşdirə bilməsinlər. Yox əgər sualınızda belə israrlısınızsa və məndən mütləq cavab almaq istəyirsinizsə onda belə deyim: əsərlərim özüməm, onlar mənə bənzəyir, onların janrı mənəm.

.........................................................................................

Mixail Zoşenko. Xəstələr

Tarix: 08.10.08// Tərcümə: Vüqar Əlisoy

Mixail Zoşenko

   Yox,  insanın meymundan əmələ gəlməsi  heç ağlabatan deyil. Görünür,  qoca Darvin bu məsələdə bir az gopa basıb. Məncə insan canlılar arasında ən qəribə və anlaşılmaz məxluqdur.   Axı,  bu insanların əməlləri də elə,  necə deyəllər, sırf insani əməllərdir. Canlı aləmdə özləri kimisi də yoxdur. . Məsələn, bax, bu yaxınlarda elə bir söhbət eşitdim ki, hətta öz dillərində qırıldadan heyvanlar da belə şeyləri ağzına alıb danışmazdı. Bu söhbəti xəstəxanada eşitdim, ambulator həkimin qəbulunda.  Həftədə bir dəfə daxili xəstəliklərdən müalicə götürürəm. Həkimim də doktor Opuşkindir. Pis həkim deyil, adamı başa düşəndir. Artıq beşinci ildir ki, məni  müalicə edir. Xəstəliyim də ki, necə var elə...

.........................................................................................

Şeirlər

 Tarix: 05.10.08// Yazar: Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu

Ömrümdə olmalıymış
O əyri yol, tək vələs,
Yalçın qaya, uzaq səs,
Birdən qaralan nəfəs.
Ömrümdə olmalıymış
Yadımda qalmalıymış.
...Saat üstə şirmayı,
Qatarın yetim payı,
Heyva ayı, nar ayı
Ömrümdə olmalıymış,
Yadımda qalmalıymış.

.........................................................................................

Gizli nömrədən zəng

 Tarix: 05.10.08// Yazar: El Min

Elmin Həsənli     Yağışlar yağmağa başlamışdı. Sanki bu il payız daha gözəl idi. Mən Bakının yaxınlığındakı balaca bir şəhərdə yaşayıram. Paytaxtdan avtobusla iyirmi dəqiqəlik yoldu. Adətən işdən çıxandan sonra dostlarımla görüşürəm. Bir az gəzişirik şəhərdə. Pulumuz olanda araq içirik, ədəbiyyatdan, qadınlardan, həyatdan- əlimizə keçən hər şeydən danışırıq. Amma təbii ki, söhbətimizin əsas ağırlıq mərkəzi ədəbiyyatdır. Tükənməz bir mövzu. Mən özüm aradabir şeir, hekayə yazıram. Həvəsim olanda ancaq. Yəni bütün həyatımı ədəbiyyata  həsr edib yazıçı olmaq fikrində olmamışam heç vaxt. Sadəcə hərdən yazmaq və yazıçı dostlara sahib olmaq xoşuma gəlir.

.........................................................................................

Araya ağ pərdə düşdü

 Tarix: 04.10.08// Yazar: Rahil Tahirli

Rahil Tahirli

Kürəyin yerə gəlməzdi
Di gəl özünü sər yerə.
Ölüm!- ən yaxşı şüardı
Toplar adamı bir yerə.

Dərd çəkə bilmədi-öldü,
Öldü, təzə dərdə düşdü.
Həyat adlı səhnə bitdi.
Araya ağ pərdə düşdü.

.........................................................................................

Ümidli dünya

 Tarix: 03.10.08// Yazar: Rövzət Dəmirçizadə

Rövzət Dəmirçizadə

Hərəni bir çağa çəkib,
Arana ya dağa çəkib,
Yüz cürə sınağa çəkib,
Gücünü yoxlayan dünya.

Kiminə şan-şöhrət verib,
Kiminə var-dövlət verib,
Kiminə məhəbbət verib,-
Sevdiyini sayan dünya.

.........................................................................................


Dünyanın ən gözəl təsiri

 Tarix: 01.10.08// Yazar: Səlim Babullaoğlu

Səlim Babullaoğlu

   Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq "Kiyev teatr və ədəbiyyat festivalı"nda edilmiş məruzə.     
    Larisa Nikolayevna mənə "Markes (Gabriel Garcia Marquez) Azərbaycan ədəbiyyatına, rəssamlığına, teatrına təsir edibmi?" mövzusunda çıxış hazırlamaq məsələsini deyəndə beynimin bir hissəsi Markesin illər öncə oxuduğum əsərlərini xatırlamağa, digər hissəsi oxuyub unutduğum əsərlərini yenidən xatırlamağa, digəri isə oxumadıqlarımı oxumağa, bir hissəsi isə yolda, işdə, kafedə rastlaşdığım həmkarlarıma "Markes bizim ədəbiyyata təsir edibmi?" sualını verməklə məşğul olmağa başladı. İlk rastlaşdığım yazıçı-dramaturq  Firuz Mustafa sualı belə cavablandırdı: "Əgər İndoneziyada zəlzələ baş verirsə onun da Azərbaycana mütləq təsiri olur". 

.........................................................................................

İsa Musa quşu

 Tarix: 30.09.08// Yazar: Aslan Quliyev

Aslan Quliyev     Mənə dedilər, dənizə doğru uçan quşlardan tut, gətir. Yellər oynaşan mavi rənglər içində ilğımlanan çölə getdim, burdan dənizə yaxındı, duzlu suyun rütubətli qoxusu belə hiss olunurdu. Dayanıb gözlədim, dənizə doğru uçan quşlardan ikisini tutub gətirdim, birisinin dimdiyi əndazəsiz əyri idi, o birisinin də bir qanadı yox idi. Yerli-dibli. Mənə dedilər sən dağ adamısan,  dəniz quşlarının, dənizin dilini bilmirsən. Belə olmağına belydi, amma belə olmağı nəyisə dəyişmirdi, dağ adamı olsam da, dağın, dağ quşlarının da dilini bilmirdim.
    Onda daşların dilini öyrən, dedilər. Soruşdum, necə,  daşlar danışmır, dillənmir, lal-kardılar, inadla susurlar. Səslərin eşitməsəm dillərini necə öyrənərəm? 

.........................................................................................

Sus

 Tarix: 29.09.08// Yazar: Mənsurə Qaçayqızı

Mənsurə Qaçayqızı

Sus! Sus!
Sakit dayan…
Oxuyuram ürəyini
gözlərindən
misra-misra.
Bax,
bu da son misralar.
Sualların cavabı
gözlərindən süzülən
üç damla.

.........................................................................................

  Son 5 gündə ən çox oxunanlar

16.05.2008.  Rəşad Nuri Güntəkin. Yarpaq tökümü

11.09.2008.  Hans Xristian Andersen. Ole-Lukoye

08.09.2008.  İbrahim Sel. Karyerə gedən yol

09.09.2008.  Ernest Heminquey. Hindu qəsəbəsi

23.09.2008.  Qabriel Qarsiya Markes. Bu günlərdən biri

22.09.2008.  Məqsəd Nur. Qırğız gündəliyi

18.09.2008.  Hafiz İmamnəzərli. Qapı

16.06.2008.  Jalə İsmayıl. İstanbulda son bahar

22.10.2007.  Cavidan. Co üçün

19.08.2007.  Rüstəm İbrahimbəyov. Ad günü

   Faydalı İnternet ehtiyatları

Mədəniyyət saytı                              "Bizimki" elektron jurnalı
www.kultaz.com                                           www.bizimki.org

çap et           
poçtla göndər
© Lit.az             

Oktyabr     

Be.Ça.Ç.C.aC.Ş.B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...


  Diqqət! Elektron aprobasiya

Ali_Attestasiya_KomissiyasıHumanitar və ictimai
elmlər üzrə doktorluq və namizədlik dissertasiyası
müdafiə etməyə hazırlaşan
iddiaçıların nəzərinə:
Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Murakami Haruki
Haruki Murakami:

Doris Lessinq
Doris Lessinq:

Qabriel Qarsiya Markes

   Copyright © 01.08.2007-2008, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Number for Lit.az

ISSN 3093-78-2007