Sevgili, böyük Əkrəm!
Nəjadın məktubu içərisindəki kiçik, fəqət böyük məktubunu aldım. Oxudum. Nədənsə məktub yazmaq istərkən- xüsusilə sana- bütün təsəvvürlərim Ofelyanın saçları kimi pərişan oluyor. Nə yapmalı, canım!... İndi məktubumu başlıyorum. Yenə neredən yazıya girişəcəyimi bilmiyorum. Əgər şu bəyaz vərəqlər acılıqlarını isbata qalxışarlarsa, qırıq qələmimdə də bir mərhəmət hissi oyana bilirsə, o zaman hər iş düzəlir xəyalındəyim.
Davamı...
O gün ki hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac alıb, bac verən könlüm
İndi uşaq kimi ağlar səninçün.
Davamı...
Könül oğurlayan bir adı vardır,
Mələk deyil, amma qanadı vardır.
Siyah qaşlarının kölgəliyində
Daima çırpınır iki göyərçin.
Davamı...
Xeyr, hörüklərin deyildir ilan,
O əski şairlər söyləmiş yalan,
Məni xəyal kimi ayağa salan
O coşqun dalğalı telin işidir.
Davamı...
Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!
Nədir ildırımında bu gurultu, bu çaxınc?!
Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!
Davamı...
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir.
Davamı...
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Davamı...
Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Davamı...