Eurax
İnşallah müdafiədən sonra görüşərik.

Araya birini sıxışdırdım...

Müdafiədən əvvəl heç nə yazmayacaqdım, amma bu müdafiə işi qeyri-müəyyən səbəblərə görə uzandığına görə indi yazıram. Yazmağa yenə də həvəsim yox idi. Ancaq, ikicə dəqiqə əvvəl gördüyüm bir şey məni balaca da olsa yazmağa vadar etdi. Günlüyə not düşüm dedim.

Məni yaxından tanıyan hamı və
MAK-ın dəyərli istifadəçilərinin demək olar hamısı bilir ki, mən Azərbaycan Marketing Cəmiyyətinin iş görmədiyini, Rəhim müəllimin oradakı potensialı lazım olan kimi istifadə etməməsini, Cəmiyyətin varlığı ilə yoxluğunun cəmiyyətimiz üçün fərq etmədiyini iddia edirəm. Bu fikrimlə razı olan da var, olmayan da. Nə isə. İndicə girmişdim Azərbaycan Marketinq Cəmiyyətinin saytına. Orada yanda GÖRDÜYÜMÜZ İŞLƏR linkinə basdım, heç nə çıxmadı. Bom-boşdur həmin hissə. İndi mən düz deyirəm yoxsa səhv? Nəsə iş görsələr yazardılar da hər halda. Məni qınamayın!

Yaza Bilmədim

Neçə gündür yazı yazmaq haqqında düşünürdüm. Ağlıma da bir neçə mövzu gəlmişdi. Amma, nə qədər çalışdımsa da, yaza bilmədim. İnşallah sabah axşam gedirəm İstanbula. Axır ki, müdafiə vaxtım gəldi çatdı. Müdafiə edə biləcəm ya yox, hələ onu da Allah bilir. Mən əlimdən gələni etdim, gerisi Allahın köməkliyi ilə yaxşı olar.

Burada başqa mövzuda yazı görə bilməməyinizin səbəbi də elə bu müdafiə məsələsidir. Onsuz da , uzun müddətdir məni hər şeydən yarım qoyan bu iş axır günlərdə lap işgəncə oldu. Stres, həyəcan və min dənə başqa iş olmağına baxmayaraq ancaq diplomu fikirləşmək məni az qala xəstə salıb. Təmirə ehtiyacım var.

İnşallah bir də müdafiədən sonra yazı yazacam . İstəyərdim ki, xoş hisslərlə yazım, müdafiə etmiş olmanın verdiyi xoş hisslərlə. Bəlkə də, ümumiyyətlə bu asan işdir, ancaq mənə o qədər çətin gəlir ki, fikirləşdikcə başım ağrıyır.

Belə...Görüşərik inşallah...Dualarınızı da əksik etməyin xahiş edirəm.

Yadımdan Çıxmışdı

Türkiye Cumhuriyeti arazisinde blogspot.com-a qadağa qoyulub. Halal olsun dünya hakimlerinin 1000 km gerisində qalan Türk hakimlərinə. Allah insaf versin!
Mən heç istəsəm də, orada olanda nə bloga yazı yazı biləcəm, nə də yazılanları oxuya biləcəm. Doğurdan o qədər qəribə hadisələr baş verir ki, Türkiyədə özümü dağa-daşa vururam, amma yenə də mənə çatmır ki, çatmır.