İNSAN HƏR ŞEY SƏNDƏ BAŞLAYIR VƏ SƏNDƏ BİTƏCƏK

 ÇALIŞ İNSAN OLDUĞUNU UNUTMA DOGRU DEQIQ XEBER MENBEYI  DUZU DUZ EYRINI EYRI

Gundem   Anons   Xeber   OLAY   Olke xeberi   Dunya xeberi   Kultur   Tehsil   Sehiyye   Din   YAŞAM  Arasdirma   Musahibe   İDMAN   AVTO   İNTERNET 

Emekdas qazetler:  Dahi   Molla Nesreddin   Azerbaycan Mekani   Heqiqet ve Zaman   Media   Azerbaycan   Tefsilat Press   Islahat   Xalq ozani

 

                                     

                                     

                                      

 

 

 saytın yeni ünvanları

   www.insan.tk

   www.insan.wmsite.ru

 

BU AY BAXILANLAR  3590

    ANONS   ANONS   ANONS

 

Sən ay yol polisi lələ, dollar gəlir şələ şələ, əfsuslar olsun ki, bəzi rayonlarda YPX-nin əməkdaşları keçmiş əməllərindən əl çəkmir. Deməli rüşvət var.

Goranboy rayonunda bəzi orta məktəb direktorlarının qanunsuz rüşvətləri dayanmaq bilmir.Görəsən rayon təhsil şöbəsinin xəbəri varmı.

Göy-Göl rayonunda özlərini müəyyən sahələrdə işlədiklərini bildirən fırıldaqçılar əslində kimlərdi.

İsmayıllı rayonunda isə bəzi kənd bələdiyyə sədrləri bir torpağı üç dəfə satır

 

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi Gəncə şəhərində geniş keçirildi

28 may 1918-ci il  Azərbaycanda Respublika günü, şərqin ilk dünyəvi və demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu tarixdir. Bu tarix ölkənin hər yerində qeyd olunur. 90 il əvvəl Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yolu xatırlayaq. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik, şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Cümhuriyyətinin ilk binası Gəncədə yerləşdi. Hazırkı (AKTA-nın) binası. Müstəqil Cümhuriyyətin qurucuları Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Usubbəyli Səməd bəy Mehmandarov kimi şəxslər milliyyətçilik, türkçülük, azərbaycançılıq, bərabərlik, cümhuriyyətçilik kimi anılan ideologiyanın, firqəsinin əsasını qoydular. “İnsanlara hürriyyət , millətlərə istiqlal” şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu. Yaradılan Azərbaycanın üçrəngli bayrağının dalğalanmasına nail olundu. Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Bu hakimiyyət 23 ay fəaliyyətdən sonra 1920-ci ilin aprel ayında süquta uğradı. İndi ilk müstəqil respublikanın yaranmasından 90-il keçir. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90-illik yubileyi haqqında 15.02.2008-il tarixli sərəncamı ölkəmizin milli dövlətçilik tarixinə götərilən  diqqəti və qayğısıdır. Onuda diqqətə çatdırımkı, uzun zaman idi ki 28 may Cümhuriyyət günü qeyd olunmurdu. Bu gün müstəqil, azad, inkişaf etmiş, güclü Azərbaycanda məhz ulu öndərimiz Heydər Əliyev tərəfinindən 10 ildən atrıq vaxtdırkı 28 may Cümhuriyyət günü geniş keçirilir. Indi Cümhuriyyətin 90 illik bayramı dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycanda 28 may Respublika günü ölkənin hər yerində qeyd olunduğu kimi Gəncə şəhərindədə yüksək səviyyədə başda şəhər icra baçısı, cənab Eldar Əzizov, şəhərin ziyalıları təhsil, səhiyyə, mədəniyyət işçilərinin iştirakı ilə keçirildi. Qeyd edək ki, yığıncaq elə Azərbaycan Cümhuriyyətinin ilk iqamətgahı yerləşən binada, Cümhuriyyət yaradıcıları haqda tədbir iştirakçılarına ətraflı məlumat verildi. Sonra Gəncə Dövlət Kamera Orkestrının çıxışı oldu. Sonda tanınmış müğənnilər yığıncağda olan qonaqlar üçün musiqi nömrələri ifa etdilər. 28 may  Cümhuriyyət bayramımız mübarək olsun.

  29.06.2008 Bəxtiyar Əlioğlu

 

Gəncənin 2 saylı internat məktəbi gimnaziyaya çevrildi

2 saylı internat məktəbi bundan sonra gimnaziya kimi fəaliyyət göstərəcək.

Bu haqda Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov məlumat verib. Müsahibimiz bildirir ki, hazırlanmış yeni əsasnaməyə görə növbəti tədris ilindən etibarən gimnaziya kimi fəaliyyət göstərəcək sözügedən təhsil müəssisəsi xarici dil təmayüllü olacaq:
«Burada ingilis, fars dilləri ilə yanaşı bir sıra ixtisaslar da tədris olunacaq. Bu məqsədlə kadrların təkmiləşdirilməsi, yeni ixtisasçıların da qəbulu gözlənilir».
İ.İsmayılov əlavə etdi ki, burada təhsil alacaq şagirdlər üçün yataqxana, yemək təminatı, eləcə də digər sosial təchizat vasitələri də nəzərdə tutulub.

25.07.08

 

Gəncə şəhər  Təcili və  Təxirə Salınmaz Tibbi   Yardım Stansiyasına 2007-ci ilin 11 ayi arzində daxil olan zənglərin əsas hissəsini ürək –damar xəstəlikləri təşkil edib.

insan xəbər verir ki, Məişət,istehsalat,yol nəqliyyat və.digər sahələrdə baş verən  bədbəxt hadisələr zamanı zədə almalara görə  Gəncə şəhər  Təcili və  Təxirə Salınmaz Tibbi   Yardım Stansiyasına 2007-ci ilin 11-ayı  ərzində ümumilikdə 462 çağırış zəngi daxil olub.

Stansiyanın  baş həkimi Namiq  Nəğiyevdən  aldığımız məlumata əsasən xəsarət alanlardan 6 nəfəri  təcili tibbi yardım briqadası hadisə yerinə çatmazdan öncə dünyasını dəyişib. Baş vermiş  49 yol nəqliyyat hadisəsi nəticəsində 18 nəfər kəllə –beyin travması,6 xəstə poli-travma diaqnozları ilə,2 yaralı onurğa sütununun,4 xəstə döş qəfəsinin,10 xəstə isə müxtəlif nahiyyələrin zədələnməsi ilə xəstəxanaya çatdırılıb.«Hadisələr zamanı daha çox gənclər xəsarət alıb. Tibbi yardım briqadasının gəlməsini gözləmədən yaralının xəstəxanaya çatdırılması  sonradan xəstənin vicudunda  digər fəsadların,zədələrin meydana çıxmasına səbəb olur.Baş həkimin sözlərinə görə belə hallar xəstənin gələcək həyatı üçün təhlükə  yaradır» Cari ilin arxada qalan dövrü ərzində isə tibbi yardım stansiyasına şəhər əhalisi tərəfindən daxil olan zənglərin əsas hissəsini ürək –damar xəstəlikləri təşkil edib.

20/07/08  Samirə Səmədova

 

Qısa informasiyaların tam oxunması üçün mail ilə əlaqə saxlayın insan@mail.az

Gəncə şəhər 1-saylı nəqliyyat departamentinin verdiyi vədlər nə vaxt öz həllini tapaçaq

29.07.08

Gəncə şəhər Qaz İstismarı İdarəsinin növbəti şosu 29.07.08

 

 

Müsəlmanlar üçün xüsusi avtomobil istehsal ediləcək

Avtomobilin salonunda əsas yerdə "Qurani-Kərim" qoyulacaq

Malayziyanın "Proton" konserni İran və Türkiyədəki istehsalçılarla birgə xüsusi olaraq müsəlmanlar üçün avtomobil buraxmağı planlaşdırır. Avtomobilin salonunda əsas yerdə "Qurani-Kərim" qoyulacaq, həmçinin Məkkənin yerini göstərən kompası olacaq. "Proton" şirkəti hesab edir ki, hazırda avtomobil bazarında müsəlmanların tələblərinə cavab verən nəqliyyat vasitəsi yoxdur.
   Belə avtomobilin yaradılması ideyası Yaxın Şərqə səfər zamanı İslam avtomobili hazırlamaq qərarı verən Malayziya siyasətçilərinə məxsusdur. "Proton" şirkəti isə "Mitsubishi" lisenziyasından istifadə edərək avtomobil modellərinin reallaşması və istehsalı ilə məşğul olan Malayziya şirkətidir.

 25.07.2008  Həsən Həsənzadə

 

GÖRKƏMLİ ALİM VƏ YAZIÇI MİR CƏLAL PAŞAYEVİN ANADAN OLMASININ 100 İLLİK YUBİLEYİ GƏNCƏDƏ TƏNTƏNƏLİ KEÇRİLDİ

Respublikanın hər yerində olduğu kimi, Gəncədə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi təntənə ilə qeyd  edildi. Respublikanın tanınmış alim və yazıçılarının, görkəmli elm adamlarının iştirakı ilə keçirilən yubiley mərasimində iştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə əklil qoyaraq ulu öndərin xatirəsinə ehtiramlarını bildirərək, sonra dahi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər.Gəncə Şəhər İcra Hakimiyyətinin iclas salonunda keçirilən yubiley mərasimini şəhər icra hakimiyyətinin başçısı cənab Eldar Əzizov açaraq qonaqları salamladı və Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinin təntənə ilə keçirilməsini şəhər sakinlərinin görkəmli ədib və alimin xatirəsinə və ədəbi irsinə məhəbbətlərinin təzahürü olduğunu söyləmişdir.
Sonra yerli televiziya kanalının hazırladığı videofilm nümayiş etdirildi. Filmdə ədibin Gəncə həyatı və həmin dövrdə yaratdığı əsərlər, habelə Gəncə ədəbi mühitinin formalaşmasında Mir Cəlal Paşayevin xidmətləri barədə şəhər ziyalılarının fikirləri dinlənilmiş və alqışlarla qarşılanmışdır. Sonra Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin sədri, şair Məmməd Alim çıxış edərək Mir Cəlal Paşayevin “Dirilən adam” və “Bir gəncin manifesti” əsərlərində yaratdığı obrazları təhlil edərək, gənclik illərində yazıçı ilə olan görüşünü yada saldı və o vaxt ədibə həsr etdiyi şeirini təkrar olaraq yubiley iştirakçılarının nəzərinə çatdırdı. Sonra şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin pedaqoji fəaliyyətindən danışdı, ədibin bu sahədə zəngin təcrübəsindən indi də bəhrələndiyini qeyd etdi və şəhərin ümumtəhsil məktəblərində görkəmli alimin yubileyi ilə əlaqədar keçirilən tədbirləri diqqətə çatdırdı. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın da çıxışı mərasim iştirakçılarının alqışlarına səbəb oldu. Yubiley mərasimində AMEA-nın akademiki Bəkir Nəbiyev Mir Cəlal Paşayevin elmi əsərlərinin əhəmiyyətindən danışmış, bu gün də ali təhsil ocaqlarında ədəbiyyatşünaslıqla məşğul olan tədqiqatçıların görkəmli alimin elmi irsindən bəhrələndiklərini fəxrlə söylədi. Qeyd etdi ki, təkcə “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri kifayətdir ki, bütün Azərbaycanın müasir ədəbiyyatşünaslıq elmi Mir Cəlal Paşayevə minnətdar olsun.
Bakı Dövlət Universitetinin professorları, alimin yetirmələri Təhsin Mütəllibov və Vasim Məmmədəliyev isə Mir Cəlal Paşayevin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, onun yüksək insani keyfiyyətləri barədə maraqlı xatirələrini danışmışlar. Böyük alim və ədibin nəcib insani keyfiyyətlərinin bu gün Mir Cəlal ocağının üzvlərində təcəssüm olduğunu qeyd edən natiqlər öz xeyirxahlıq əməlləri ilə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri seçilmiş, Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili  Mehriban xanım Əliyevanın xidmətlərindən danışdılar. Bakı Dövlət Universitetinin prorektoru, professor, yazıçının nəvəsi Nərgiz Paşayevanın çıxışı yubiley iştirakçılarnın daha çox alqışlarına səbəb oldu. Hörmətli professor N. Paşayeva Mir Cəlalın yaratdığı obrazların həmişə müasir olmasından, onun əsərlərinin indi də sevilə-sevilə mütaliə edildiyindən söhbət açdı və elə buna görə də XX əsr Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutmasından bəhs edən maraqlı fikirləri bildirdi. Sonda görkəmli ədibin oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev çıxış edərək, atasına göstərilən hörmətə və el məhəbbətinə görə şəhər icra başçısına gəncəlilərə minnətdarlığını bildirdi və şəhər icra hakimiyyətinə xalça hədiyyə etdi.                

  20.07.08  Bəxtiyar Əlioğlu

 

Türkiyənin tanınmış sənətçisi Kənan Doğulunun Bakıya gizli gəlişi ona 150 min avro qazandırıb

 Bir neçə gündür ki, Bakıda belə bir xəbər yayılıb ki, Kənan Doğulu Bakıda olub. Şəhərimizə gizli gəlişinin səbəbi ictimaiyyətə açıqlanmasa da, insan-a sızan xəbərlərdən belə məlum olub ki, sənətçi toy məclisində iştirak etmək üçün paytaxda qonaq gəlib.Heydər Əliyev adına Hava Limanında da müğənninin İstanbul-Bakı reysi ilə təyyarədən enməsini görənlərdə olub. Kənan bəy bu gün günorta saatlarında vətəninə geri dönüb. İnanılmaz olsa da, şəhərin dəbdəbəli məkanlarında baş tutan toy məclisində 2-3 saat oxuması ona nə-az, nə-çox - düz 150 min avro qazandırıb. Halal xoşun olsun, Kənan bəy! Gülə-gülə xərclə. Çünki çox kasıbsan.

29/07/2008 Rübabə Abdullayeva

 

İradə İbrahimova ilə Röya arasından yenə qalmaqal

Buna səbəb Röyanın canlı efir vaxtı İradə haqqında hər hansı bir fikir söyləməkdən imtina etməsi olub

Həmyerlilərimiz qarşısında çıxış etmək üçün ABŞ-ın Los-Anceles ştatına yola düşən İradə İbrahimova dekabrın 5-də Bakıya dönəcək. İradə səfəri ərəfəsində Röya ilə münasibətini yenidən pozub. Buna səbəb Röyanın efirlərdən birində İradə haqqında hər hansı bir fikir söyləməkdən imtina etməsi və onunla heç bir münasibətinin olmamasını deməsidir. İradənin bu səbəbdən həmkarı ilə danışmaması Röyada təəccüb doğurub. Hazırda bəstəkar Vaqif Gərayzadənin yeni mahnısı üzərində çalışan İradə yaxın vaxtlarda klip çəkdirmək arzusunda olmadığını bildirib. İradə sənət dostlarının stadionlarda keçirdiyi proqramlara da münasibətini açıqlayıb. Onun fikrincə, heç bir yerli müğənni stadion konsertlərindən gəlir əldə etmir və onlar sadəcə olaraq reklam olunmaları üçün bu addımı atırlar.

25/07/2008 Rübabə Abdullayeva

 

Plastik əməliyyat nəticəsində insanlar     bir-birinə oxşayır

Mətanət İsgəndərli: " Saytmıza müsahibəsində mən heç vaxt plastik əməliyyat etdirməmişəm, buna heç ehtiyacım da yoxdur"

Son vaxtlar müğənni Mətanət İsgəndərlinin plastik əməliyyat olunduğu barədə söz-söhbətlər gəzir. O, bu məlumatın şayiə olduğunu bildirdi: "Mən heç vaxt plastik əməliyyat etdirməmişəm, buna heç ehtiyacım da yoxdur. Ümumiyyətlə, bu barədə düşünməmişəm".
   Onun sözlərinə görə, yalnız çəkisilə bağlı problem yaşayır. "Eyni çəkidə uzun müddət qala bilmirəm, tez-tez arıqlayıb-kökəlirəm. Bir neçə il bundan öncə arıqlamışdım, amma bu mənə yaraşmadı. Düşünürəm ki, mənə bir az köklük yaraşır. Lakin son vaxtlar daha çox kilo almışam. Yayda istirahət edərkən qidalanmağıma fikir vermirdim, amma artıq bunun qarşısını almağa çalışıram"- o bildirdi.
   Plastik əməliyyat etdirənlərə o qədər də pis münasibət bəsləmədiyini deyən müğənni əgər kimin qüsuru varsa onu plastik əməliyyatla aradan qaldırmasına normal baxdığını vurğuladı. "Lakin bunun ifrat dərəcədə çoxalması və nəticədə hamının eyni görkəmi - qaşlar tatuaj, dodaqlar şişirdilmiş formada olması insanı yorur. Getdikcə belələrinin sayı da artır. Nəinki səhnə adamları, hətta evdar xanımlar da bu üsullara meyl göstərirlər. Nəticədə həmin insanlar kənardakılara süni təsir bağışlayırlar" - deyə Mətanət İsgəndərli bildirdi.           
       

 29/07/2008  Rübabə Abdullayeva

 

DÜNYANIN ƏN BAHALI ŞƏHƏRLƏRİNİN SİYAHISI AÇIQLANIB

“Economist Intelligence Unit” konsaltinq agentliyi dolanışığın baha olduğu şəhərlərin siyahısını açıqlayıb.Dünyanın ən bahalı şəhərləri Oslo, Paris və Kopenhagen sayılıb. London və Tokio da ən bahalı 5 şəhər siyahısına daxil edilib. Onluqda isə Reykyavik, Sürix, Frankfurt və Helsinkinin adları var. Moskva və Amsterdam 26-27-ci yerləri bölüşür. Avropanın ən ucuz paytaxtları Afina, Lissabon və Varşavadır. Dünyanın dolanışıq üçün ən ucuz şəhəri isə İranın paytaxtı Tehran sayılıb.

25/07/2008

 

 

 

 

 

    BİZİ İZLƏMƏYƏ DAVAM EDİN

 

 

“Mercedes”-in təhlükəsizlik sistemi ilə təchiz olunmuş yeni modelləri sınaqdan çıxarılıb


Almaniyanın dünyaşöhrətli “Mercedes-Benz” şirkətinin yenilikçi mühəndisləri sükan arxasında yorulmuş sürücünü mürgüləmək və ya yatmaqdan çəkindirən, həmçinin yaxınlaşmaqda olan gözlənilməz təhlükəni əvvəlcədən müəyyənləşdirərək həyəcan siqnalı verən mexanizm sistemi işləyib hazırlamışlar.

 

“Mercedes”-in salonunda öndə sürücünün qarşısında quraşdırılmış monitor-mexanizm sistemi maşını idarə edənin yorğunluqdan yaranan mürgü və yatmaq meylinin ilkin əlamətlərini, həmçinin sürücünün diqqətinin ani olaraq yayınmasını dərhal müəyyənləşdirib həyəcan siqnalı verir. Sistem hətta sürücünün kiprik vurmalarının tezliyini və ya onun sükan arxasında düşünmə fəallığını qeydə almaqla onun maşını idarə etmək hərəkətlərini də nəzarət altında saxlayır. Məsələn, sürücünün uzun müddət sükanı burmayaraq hərəkətsiz saxlamasından “narahat olan” mexanizm təhlükəni yada salaraq qabaqlayıcı komandalar və siqnallar verməyə başlayır.
Şirkət bu növ sistemlərlə təchiz olunmuş “Mercedes” avtomobillərini iki ildən sonra bazara çıxarmağı planlaşdırır.

 25/07/2008   Turqut Babayev

 Bəxtiyar Əlioğlu gənc yazar müstəqil jurnalist və saytın rəhbəri 

 Müavin: Elçin Axundov

 Müxbirlər: Şəhla Babayeva  Həsən Həsənzadə  Rubabə Abdullayeva

 Əlaqə telefonu: 055 811 42 99   email  ünvanı:  insan@mail.az   baxtiyar@mail.az