Oct 12, 2008

Bazar payınızı deyil, Müştərinizi artırın...

Təzəlikcə əlimə xarici ölkələrin birində nəşr olunan bir qəzetdə yazılmış bir məqalə oxudum və həmin məqaləni azərbaycan dilinə tərcümə edib sizlərə təqdim edirəm. Yəqin maraqlı olar sizlər üçün mənim şəxsən çox xoşuma gəldi.

**********************

Marketinq strategiyanız, bazar payının böyük bir hissəsini əldə etməkdirsə, o zaman bu fikri bu dəqiqə unudub müştəri payını çoxaltmaq strategiyasına keçin.

İndi düşünürsünüz ki, bunun nə fərqi var ki?
1-ci strategiyada, bazarda mümkün olduğu qədər daha çok insanla əlaqə yaratmaq və bu insanları müştəri halına gətirmək üçün həddindən çox pul xərclənməsinə səbəb olur.
2-ci strategiyada isə mövcud müştəriləri öz təklif etdiyiniz xidmətlərə daha çox pul xərcləmələri üçün minimum əmək və az pul xərcləməklə bunu əldə etmiş olursunuz.

Bir məsələni yadda saxlayın : Yeni bir müştəri əldə etmək, mövcut müştərini əldə saxlamaqdan və müştəriyə bir şeyi yenidən satmaqdan 6-10 dəfə baha başa gəlir. Nümunə olaraq göstərsək, yeni bir müştəri əldə etmək sizə 100 manata başa gəlirsə, mövcud olan müştərini əldə tutmaq və o müştəriyə yeni bir məhsulu satmaq 10 manatdan az bir məbləğə başa gəlir.

Şirkətlərin yeni müştərilər qazanmaq üçün xərclədikləri çoxlu pullara baxmayaraq, bu müştərilərin çoxu, həmin çirkətlə yenidən iş görmək istəmirlər. Əslində, əldən çıxan müştərilərin 68%-ə qədəri, ehtiyacı olduqlarını başqa bir yerdən alırlar; çünkü daha əvvəlki şirkətdən heç kimin müştərilərlə maraqlanmadığını söyləyirlər.

Bu necə olur? Deməli bütün gücüylə bazar payını əldə etməyə fokuslaşan zaman, başqa bir sözlə yeni müştərilər əldə etməyə yönələn zaman, köhnə müştərilərə daha doğrusu əlinizdə olan müştərilərə qarşı lazımi işlər az həyata keçirilir vəya heç görülmür.

Belədə ki, seçim şirkətlərin öz əlindədir. Hər il müəyyən etdikləri marketinq büdcələrini yeni müştərilər əldə etmək üçün xərcləyərlər; yada həmin o büdcələrini iki yerə bölüb yeni müştəri əldə etməyə can atdığı kimi, əlində olan hazır müştərilərini də saxlamağa can atsınlar.

Aşağıda qeyd olunanlar mövcud müştərilərinizi əldə saxlamağınıza və sizə daha çox pul qazandırmalarını təmin etməyə köməklik göstərəcək 3 fikir qeyd edim:

1. Müştərilərinizi araşdırın, onlardan xidmət formanızı yaxşılaşdırmaq üçün yeni nələr edə biləcəyinizi soruşun. Hazıeki vəziyyətdə sizin təklif etmədiyiniz amma onların ehtiyacı olanları soruşun. Mənfilərinizi düzəldin və müştərilərinizi bunlardan xəbərdar edin.
2. İlk 100 müştərinizə təşəkkür məktubu, sms, e-mail göndərin və onlar üçün xüsusi bir təklif göndərin. İnsanlar hər zaman özlərinə qarşı xüsusi diqqət göstərildiyini hiss etməkdən və hər kəsin sahib olmadığına sahib olduqların hiss etməkdən xoşları gəlir.

3. Fürsət düşən kimi daha bahalı və exclusive mal və xidmət satmağa çalışın. Mal və xidmətləriniz onların ehtiyacıdırsa onu almaqdan sevinəcəklər və onlara bu malı/xidməti təlif etməyinizdən məmnun olacaqlar.

Müştəriləriniz həmişə bol olsun..Dəyərini yəqin özünüz yaxşı bilərsiz:)

Sep 30, 2008

Cənub regionunda AVTO yarış...

Son zamanlar Cənub regionuna olan səfərlərim zamanı Avtomobil idxalçılarının rəqabəti gözə çarpacaq dərəcədədir. Son vaxtlar Chevrolet, Hyundai, Subaru, KIA"nın avtosalonlarının aşılması və satışlarını bu region üzrə təşkil etmələri hiss olunur. Chevrolet və KIA Masallı şəhərində yerləşiblər.KIA nı deyə bilmərəm amma Chevo şəhərin gözə çarpan yerində və orta səviyyəli avtosalonla fəaliyyət göstərir. Amma Subaru və Hyundai isə Lənkəranda qərarlaşıb. Bakıda olduğu kimi Cənub regionunda da bu iki şirkət baş-başa gəlib. Fiziki olaraq yerləşmədə Subaru 1-0 Hyundai qalib gelib. Burdan Rüstəm bəyə səslənib soruşmaq istərdim ki: "Ay Rüstəm bəy o boyda Lənkəranda açıq yer tapa bilmədiniz? Lənkəranda elə bir SHOWROOM seçmisiz ki, lap bizim məhlədəki marketə oxşayır. Bunu gördüyüm zaman çox heyfsləndim." Amma gələk Subarunun Avtosalonuna hansi ki, Hyundai"dan 2 km aralı yerləşir. Çox gözəl yer seçilib, müştərinin lap gözün oxşayır. Özümü Lənkəranda yaşayan müştəri hiss eləsəm və biraz da pulum olsa o dəqiqə Subaru alaram. Amma o ki, qaldı seqmentasiyaya Hyundai"in seqmentasiyası çox gözəldi və müştəriyə uyğun məhsul kimi qeyd etmək olar. Amma Subaru həmin seqmentdən olan müştəriləri Lənkəran zonasında demək olarki, yox dərəcəsindədi. Subarunu məncə oralara aparmaq lazım deyildi? Bakıda qalsa idi daha yaxşı olardı.

Nəsə hələlik bu qədər...

Aug 30, 2008

BarCamp: Azərbaycanda yeni format

Artıq hamının aylardır səbirsizliklə gözlənilən BarCamp qeyri-konfrans baş tutdu. Gözlənilən qədər iştirakçılar olmasada amma çoxluq olmaqdansa, az olub saz olmaq daha yaxşıdır. Həqiqətəndə Azərbaycan İKT sahəsində tanınmış insanlar bu konfransda iştirak edir. Dünənki gün yəni 29 Avqust qeyri- formal gün- networking, yeyib içmək, açıq havada party və digər əyləncəli proqram baş tutudu. 30 Avqust isə əsasəndə rəsmi açılış və təqdimatlarla yadda qalır. Bu saata qədər bir çox maraqlı təqdimatlar olub. AdSahil, Azeroo.com, Box.az, Xəbərlər.az saytları haqqında təqdimatlarla yanaşı İnternetdə reklam, Mobil reklam, Blogların yaradılması haqqında ətraflı təqdimatlar baş tutudu.

Aug 8, 2008

Bakı-Lənkəran-Bakı: Tour de Lankaran

Artıq 4 gün idi ki, işlərimlə Cənub tərəfə səyahət eləmişdim.Əsas qərargahım Lənkəran şəhəri idi.Vallahi demək olarkı regionlarda inkişaf var.Özüdə hərtərəfli-sosial, iqtisadi, aqrar, struktur cəhətdən inkişaf gedir.Bu həmdə çox gözəl hisslər oyadır insanda. Mən sadəcə bu yazımda orda olduğum müddətdə yaxından uzaqdan marketinqlə əlaqəsi olan məsələlərə toxunacam. Bakı-Lənkəran-Bakı səyahətimdə magistral boyu səyahət etdikcən son zamanlar küçədə olan billboard"ların sayının artması, pərakəndəçi şirkətlərin əvvəllər "lüt" olub indi üzərilərini bəzənməsi, insanlarda keyfiyyətli məhsulun təlabatının artırılması nədənsə xəbər verirdi.Pərakəndəçi şirkətlərdən avtomobillərinin uzun müddətdi üstünü bəzəyənlər Azərsun idi, indi isə Avrora şirkəti öz məhsullarınıda buraxıb ortaliğa. Şirkətlərimiz artıq öz marketing strategiyaların sadəcə Bakıda deyil artıq regionlardada geniş yaymağa başlayıb. Hətta bundan savayı yeni iri həcimli marketlərin açılması buna misal ola bilər.

Bundan əlavə gözümə inana bilməyəcəyim bir nüanslada qarşılaşdım. Biləsuvar rayonunda su almaq üçün avtomobili saxlayıb marketə girdiyimizdə satıcının qarşısında kassa nəzarət pos-terminalı gördüm.Yəni satışlar elektron olaraq həyata keirilirdi. Yol boyu yeni qurulmuş vəya köhnədən qalma olduğu hiss olunan əyri billboard"larda əsasən bankların, Azərsunun, Beta Tea-nin məhsulları gözlərimizi yara eləmişdi.

Regionun insanlarında da bir az dəyişiklik var idi. Orda olduğum zaman gənclər və orta yaş təbəqəsinə aid olan insanlarla söhbətlərim zamanı artıq məhsulun keyfiyyətinə, istehsal tarixlərinə, istehsal olunan ölkə vəya şirkətə həddindən ziyadə çox diqqət yetirildiyinin şahidi oldum. Həmin insanlarda sadəcə məlumat azlığı var idi. Biz Bakıda olduğumuz üçün demək olarki hər bir şirkətdən və onalrın məhsulları haqqında az-çox məlumatlıyıq. Amma region əhalisi bu haqda məlumatları demək olarki olmadığına görə əllərindən gəldiyi qədər özləri bunları araşdırmağa çalışır.

Onuda diqqətinizə çatdırım ki, Azərbaycanın demək olarki böyük şəhərləri daxil olmaqla 60% ərazisin gəzmişəm amma Masallı-Lənkəran ərazisində olan Mebel mağazaları qədər çox olan ikinci bir şəhər görməmişəm.Bu mebel mağazaların adalrından bəzilərin sizə çatdırsam yəqin maraqlı olar sizlər üçündə- Masallının tam mərkəsini bəzəyən Embawood"un satış mərkəzi, Ulduz, Mebel Salonu, Xoşbəxt olun, Hacı Rasim, Hacı Pənah, Hacı Arif və digər Hacı"lar......
Amma yenə Biləsuvar rayonu ərazisində Mebel mağazasının üstündə İKEA yazısı gördüm hələ bu azmış kimi, İKEA"nın kiçik reklam lövhəsidə asılmışdı. Amma imkna olmadı girim dəqiqləşdirim.

Cəlilabad rayonu ərazisində isə digər bir maraqlı adlandırma ilə rastlaşdım: "Xeyriyyəçi Ramizin Qəbir daşları sexi"
Yerli xırda pərakəndəçilər əsasən İrandan idxal olunan məhsulları bazarda fırladırlar. Hansıki, iranın sabunlarından, şirniyyatlarından, sərinləşdirici içkilərindən neft iyi gəlir.Bu məhsullarda adətən kasıb təbəqə üçün nəzərdə tutulub.

Region rayonlarında kişilərə yönəlik məhsulların Marketinqi üçün ən səmərəli yer kimi şirkətlərimizə ÇAYXANA"ları məsləhət görərdim. Çünki hər addımda bir dənə çayxana var.

Sona yaxınlaşdıqca mövzunu gətirim MAK.AZ"da müzakirə olunan Azərsun şirkətinə aid olan GülümMöcüzə yağlarına. Elə yenicə Bakıya tərəf üz döndərib gəlmək istəryirdim ki, Gülüm yağının posteri bizim kəndin yolundakı dayancaqda mənə baxıb Gülümsədiyini gördüm, ele bu anda da mən ona baxıb Gülümsəməyə başladım. Yazığ rus gülünü kəndin "rəssamları"elə bir vəziyyətə salmışdılar ki.....Yol boyu yeni nəsə axtarmaq arzusunda idim amma nəsə alınmırdı. Yenicə Ələt qəsəbəsinə çatmışdım ki, başqa bir dayanacaqda MÖCÜZƏ ni gördüm.Yaxşıki Bakıya çatana yaxın gördüm, veziyyeti yaxşı idi üzündə heç bir zorakılıq izi yox idi.

İnşallah 4 saat sonra təzdən yola çıxıb Lənkəran-Lerik istiqamətinə gedəcəm...

Yəqin başınızı ağrıtdım, üzürlü hesab edin...


Jul 20, 2008

Uzun səssizlik...

Uzun sürən səssizlikdən sonra blogumda son zamanlar yaşadıqlarım barəsində qısa yazmaq itərdim.
Bloga baxdım və ən son yazımın Mart ayının 1-ci günü yazdığımın fərqinə vardım.Yəqin martın 1-i mənə düşmür nə qədərdə belə batil inanclara inanmasamda. Qısa olaraq qeyd etsəm,
- Bu vaxt ərzində 2 iş yeri dəyişdim, təcrübə qazandım az da olsa.
- Ömrümdən 1 ilidə geridə qoydum.
- 6 ildi bitirməyə çalışdığım Qafqaz universitetinin Sənaye mühəndisliyi fakultəsin axır ki, məzun olaraq başa vurdum. Diplom işimin mövzusuda "Ümumi keyfiyyətə nəzarət və İSO 9000 Standartları" idi. Və sonda, Rüstəmin "Pasportsuz kişi" yazısında -İktisat bitirdim, "ben iktisadı sevmiyorum, benden iktisatçı olmaz" dedim- qeyd etdiyi kimi, məndə indi həqiqəti anlamışam və deyirəm "mən mühəndisliyi bitirdim- mühəndis olmağı sevmirəm, məndən mühəndis olmaz."
- Daha sonra magistraturaya imtahan veridm və qəbul ola bilmədim. Halbuki magistraturayada mühəndislik üzrə vermək məcburiyyətim var idi. Allah(c.c) TQDK"nın canın sağ eləsin yeni qərarları sayəsində. İndi deyirəmki yaxşı ki, girmədim girib nə edəcəkdim ki, İqtisad universitetində "mühəndislik" oxuyacaqdım.
- Son aylardakı işlərimin həddindən artıq qarma qarışıq olması məni az qala MAK.AZ"dan da uzaq salacaqdı amma buna imkan vermədim.
- Dostlarımızın bloqlarında oxumağa çalışırdıq. Rüstəmin həmişəki aktivliyi və qeyri adi yazıları, Vüsalın Milli Marketinq"i yaşatmaq üçün dəridən qabıqdan çıxması, Rafiqin dost- tanışı MAKlaması son vaxtlar hamını makmaniya epidemiyasına yoluxdurdu.

Yəqin hamı deyirki Miri birdə nə zaman yazacaq gorəsən, amma çalışacamki yazım.Düzdü yay gəlib hamı istirahət fikirləşir. Amma neyləsək cavan vaxtımızda edəcəyik, istirahəti qocalanda da eləmək olar.

Amma sonda Rüstəmə demək istərdim ki, "Qardaş ürəyini sıxma, düzələr..."