Amerikalı xristian alim ABŞ problemlərində erməniləri günahkar gördü.
Müsəlman dünyası Amerikaya niyə nifrət edir? Müsəlman və Birləşmiş Ştatların düşmənliyi nəyə əsaslanır?Bu cür suallar Arkanzaslı hüquqşünas, keçmişdə hakim işləyən, dindar xristian Samuel Biimsin marağını çəkmişdi. Onun sözlərinə görə o, “müsəlman aləminin Amerikaya olan nifrətinin dəlilli səbəblərindən ən azı birini tapmışdı.”
Biims yazır: “Cırtdan Ermənistan ölkəsi bütün dünyaya səpələnmiş soydaşlarını istifadə edərək, uzun zamandır ki, xristian aləmini islam dünyasına qarşı qoymaq üçün müxtəlif üsüllardan istifadə edir.”