Jurnalın bu sayında neft sektoru, tikinti sektoru, yoxsulluğun səviyyəsi və s. mövzular işıqlandırılıb.
Voting
Arxiv
QOY HƏMİŞƏ NEFT OLSUN! Vüsal Qasımlı Adam Smit olar! Azərbaycanın neft ehtiyatlarına malik olması, klassik siyasi iqtisadın nəhənglərindən sayılan Adam Smitin təbirincə desək, onun beynəlxalq ticarətdə mütləq üstünlüyünü nümayiş etdirir. “Mütləq üstünlüklər” nəzəriyyəsini inkişaf etdirərək digər klassik iqtisadçı David Rikardo özünün müqayisəli üstünlüklər nəzəriyyəsini yaradıb. Son nəzriyyəyə görə, Azərbaycan xam neft ixracına deyil, neft məhsulları istehsalına və satışına görə daha əlverişli müqayisəli üstünlüyə malikdir.
Hesablama Palatası dövlət vəasitlərinin mühafizəçisi ola biləcəkmi? Dünya SAKİT, Neft sənayesi üzrə jurnalist tədqiqat qrupunun üzvü Yeni qanun ümidləri artırır Böyük neft gəlirlərinin axını başlandığı indiki dövrdə Azərbaycan üçün ən vacib məsələlərdən biri, bəlkə də birincisi həmin gəlirlərin xərclənməsi üzərində effektiv nəzarətin olmasıdır. Bura ilk növbədə dövlət büdcəsi vasitəsilə xərclənən vəsaitlər aiddir. Dünya praktikasında belə nəzarətin iki mühüm istiqaməti xüsusilə effektiv sayılır ki, bunlardan birincisi, ictimai, ikincisi isə dövlət nəzarətidir...
Gələn il “Doing business” hesabatına yeni indikatorlar əlavə ediləcək Semeon Dyankov: “Azərbaycanda lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 13-ə endirilməlidir” "Ekspert"in suallarına Dünya Bankının "Doinq biznes 2008" hesabatının müəllifi Semeon Dyankov cavab verir. - Cənab Dyankov, sizin "Doing Business" hesabatlarınız hansı araşdırmalara əsaslanır? - Bu ilki hesabatın əsasında dayanan əsas araşdırma bizneslə bağlı müxtəlif şəxslərin, yəni praktiki fəaliyyət göstərən biznesmenlər, mühasiblər, hüquqşünasların rəylərinin öyrənilməsidir. Bu hesabat onların rəylərinə əsaslanır...
Neft Şirkətinin maliyyə axınları şəffaf olmalıdır Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası bu məsələni diqqətdə saxlayacaq Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası ARDNŞ-nin maliyyə axınlarını izləyərək, şirkətin fəaliyətini şəffaflıq baxımından qiymətləndirəcək. Qurumun vahid layihəsi çərçivəsində həyata keçirilən fəaliyyəti Koalisiya üzvü Azad İqtisadiyyata Yardım İctimai Birliyi icra edir. Sentyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Dəyirmi Masada Koalisiyanın koordinatoru Qubad İbadoğlu bildirib ki, layihə ARDNŞ-nin şəffaflığının, hesabatlılığının və rəqabətədözümlülüyünün artırılmasına yardım məqsədi daşıyır...
Şəffaflıq Koalisiyası hökumət və şirkətlər qarşısında təkliflərlə çıxış edib Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası hökumət və şirkətlərin Hasilat Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünün icrası çərçivəsində verdikləri 6-cı hesabatla bağlı rəyini açıqlayıb.
Rəydə bildirilir ki, Koalisiya Hökumət komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 6-cı hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək bir sıra nəticələrə gəlib.
Bina uçqununun aşkarladığı 5 problem Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədr Problemlər həll edilməyincə yeni uçqunların olmayacağına zəmanət yoxdur Son illərin statisikasının təhlili göstərir ki, milli iqtisadiyyatda inkişaf dinamikasına görə neft bölməsindən sonrakı yerdə tikinti sektoru durur. Heç şübhəsiz ki, tikintidə müşahidə olunan yüksək artım göstəricilərinin formalaşmasında neft ixracatından əldə olunan valyuta hasilatının çoxalması hesabına....
Neft pullarından necə istifadə etməli? Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzi Bizim neftimiz var. Bu, lotereyada böyük məbləğ udmağa və ya Allahın mükafatına bənzəyir. Amma həm uduş, həm də mükafat kimi neft qısa müddətdə “əriyib yoxa ola bilər”- əgər ondan qısa müddətli maraqları təmin etmək üçün istifadə edilərsə. Əksər neft ölkələrinin təcrübəsi göstərir ki, neft bir sıra sosial problemləri həll etməklə yanaşı, ölkə üçün ciddi iqtisadi tənəzzüllərin əsasını da qoya bilər...
Büdcə müzakirələri başlanıb Gələnilki gəlir və xərclərimiz barədə fikirlər müxtəlifdir Azərbaycan hökuməti 2008-ci və ondan sonrakı 3 il üçün dövlət büdcəsi və icmal büdcələrinin layihələrini, həmçinin sosial-iqtisadi inkişaf konsepsiyası və makroiqtisadi proqnozları dövlət başçısının müzakirəsinə təqdim edib. Beləliklə, 2008-ci ildə dövlət büdcəsinin gəlirləri 2007-ci ilin büdcəsinə nəzərən 27,9 faiz artaraq 7,383 mlrd. manata çatacaq. Büdcənin xərcləri isə gələn il 8,509 mlrd. manat həcmində nəzərdə tutulur. Bu, 2007-ci ildəkindən 34,7 % artıqdır...
Doqquz ayda 19,88 fazilik inflyasiya İqtisadi Tədqiqatlar Mərkəzi alternativ hesablamalarını davam etdirir İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keşirdiyi “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda bu ilin 9 ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Təqdimat mərasimində çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlunun verdiyi məlumata görə...
Keyfiyyətli material, yerində olan mütəxəssis, məsuliyyətli hökumət nəzarəti Azərbaycanın tikinti sektorunda bunların heç biri yoxdur Bakıda inşa edilən hündürmərtəbəli binaların keyfiyyətsizliyi, təhlükəliliyi avqustun 28-də Naxçıvani küçəsində tikilməkdə olan 17 mərtəbəli binanın uçması ilə yenidən gündəmə gəldi....
Azərbaycanın biznes mühiti hələ də əlverişsiz olaraq qalır Dünya Bankının hesabatı bundan xəbər verir Dünya Bankı dünya ölkələrində biznes mühitinin qiymətləndirilməsiylə bağlı ənənəvi rəyini - "Doing Business 2008" hesabatını açıqlayıb. Bu dəfəki hesabata əasən Azərbaycan ölkədə biznes üçün yaradılan şəraitə görə ötən ilə nisbətən 3 pillə irəliləyib və dünyanın 178 ölkəsi arasında 96-cı yeri tutur. Azərbaycanın reytinqinin yaxşılaşması biznesə başlamaq üçün müddətin və prosedurların azalmasıyla bağlıdır...