SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
PREZİDENTİN PROBLEMƏ MÜNASİBƏTİ


Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri xalqımızın Milli Lideri Heydər Əliyevin, Azərbaycan dövlətinin gündəlik probleminə çevrilmişdir.
ERMƏNİSTAN TƏRƏFİNDƏN APARILAN TƏCAVÜZUN NƏTİCƏLƏRİ
Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış vəziyyət

ardı >
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
 
XƏBƏRLƏR
[07.10.2008]
2008-ci il 4 oktyabr tarixdə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün tikilmiş 500 ailəlik qəsəbənin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə oktyabrın 4-də Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbənin açılış mərasimində iştirak etmişlər. Burada “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin (bənd 1.4 və 1.5) icrası ilə əlaqədar inşa olunmuş ümumi sahəsi 25885,5 kvadratmetr olan 60 birotaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı və 15 dördotaqlı mənzil vardır.Qəsəbədə 360 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, 25 çarpayılıq xəstəxana, klub-icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürmə deposu, inzibati və anbar binaları da vardır. Yeni salınmış qəsəbə yollar, su və elektrik təchizatı ilə təmin olunmuşdur. Prezident İlham Əliyev ilk öncə Xocavənd rayonunun Qaradağlı kəndindən olan şəhid anası Sevil Əzizovanın mənzilinə baş çəkmişdir. İki övladı Vətən uğrunda şəhid olmuş Sevil Əzizova məcburi köçkünlər üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir. Sonra Prezident İlham Əliyev Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki 360 yerlik orta məktəbin binasının açılışında iştirak etmişdir. Həmin tədbirdə iştirak edən olkə prezidenti cənab İlham Əliyev məcburi köçkünlər qarşısında çıxış etmişdir.Məcburi köçkünlər isə öz növbəsində onlar üçün yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.


[24.09.2008]
Goranboy və Beyləqan rayonlarında yeni salınmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsi başlanılmışdır

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2004- cü il 1 iyul 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin (bənd 1.4 və 1.5) icrası ilə əlaqədar Beyləqan və Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrin tikintisi başa çatmışdır.

Beyləqan rayonu ərazisində ( Xocavənd rayonundan olan məcburi köçkünlər üçün) 500 ailəlik 1 yeni yaşayış qəsəbəsi tikilib istifadəyə verilmişdir. Evlərin ümumi sahəsi 25885.5 kv.m-dir. Evlər 60 birotaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı, və 15 dördotaqlı mənzillərdən ibarətdir. Burada 360 şagirdlik məktəb binası, 50 yerlik uşaq bağçası, 1 poçt şöbəsi, Xocavənd RİH üçün inzibati bina, 1 anbar binası, 25 çarpayılıq xəstəxana, 1 klub- icma mərkəzi, 1 baytarlıq məntəqəsi, 2 avtomaşınlıq yanğınsöndürmə deposu vardır. Yeni salınmış qəsəbə yol –küçə şəbəkəsi, suvarma suyu, daxili su təchizatı, xarici su təchizatı, daxili elektrik təchizatı və xarici elektrik təchizatı ilə təmin olunmuşdur.

Goranboy rayonu ərazisində ( Xocalı rayonundan olan məcburi köçkünlər üçün) 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin tikintisi başa çatmışdır. Evlərin ümumi sahəsi 26195.60 kv.m-dir. Evlər 50 birotaqlı, 245 ikiotaqlı, 190 üçotaqlı, 15 dördotaqlı mənzillərdən ibarətdir. Yeni salınmış qəsəbələrdə hər biri 96 yerlik olmaqla 3 məktəb binası , 360 yerlik 1 məktəb binası, 50 yerlik uşaq bağçası, İcra nümayəndəliyi üçün 4 inzibati bina, 1 klub- icma mərkəzi, 4 anbar binası, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 baytarlıq məntəqəsi, 1 ədəd iki avtomaşınlıq yanğınsöndürmə deposu, yol –küçə şəbəkəsi, suvarma suyu, daxili su təchizatı, xarici su təchizatı, daxili elektrik təchizatı və xarici elektrik təchizatı ilə təmin olunmuşdur.

Hal –hazırda Goranboy və Beyləqan rayonlarında yeni salınmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsi başlanılmışdır.


[21.04.2008]
Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində beynəlxalq təşkilatlarla birgə iş aparılır

ƏLİ HƏSƏNOV: Çünki o insanların pozulmuş hüquqlarının bərpası və qorunması daha çox beynəlxalq təşkilatlardan asılıdır

Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində beynəlxalq təşkilatlarla birgə iş aparılır. Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki,hökümət ölkədə insan hüquqlarının qorunması ilə bağlı vəziyyətə xüsusi nəzarət edir və bu sahədə beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq programı həyata keçirilir. İnsan hüquqlarının qorunması, söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindədir.

Əli Həsənov bildirmişdir ki, hökümət insan hüquqlarının müdafiəsi ilə əlaqədar Milli Fəaliyyət Programı hazırlamışdır. Sənədə əsasən ölkədə insan hüquqlarının bütün sahələr üzrə qorunması və bu sahədə fəaliyyətin dünya standartları səviyyəsinə qaldırılması məsələləri əksini tapmışdır. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkədə insan hüquqları sahəsində ciddi irəliləyişlər vardır. İndi, Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlıqlarının vəziyyəti Avropanın bir çox ölkəsinin standartlarına cavab verir və postsovet ölkələrinin çoxundan irəlidədir.

Şöbə müdiri onu da demişdir ki, hökümətin bütün səylarinə baxmayaraq, bu sahədə problemlər də vardır. Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işqalı nəticəsində məcburi köçkün düşmüş bir milyondan artiq vətəndaşın hüquqları kütləvi şəkildə pozulmuşdur. Onların hüquqlarının bərpası istiqamətində də beynəlxalq təşkilatlarla iş aparılır. Çünki o insanların pozulmuş hüquqlarının bərpası və qorunması daha çox beynəlxalq təşkilatlardan asılıdır. Ona görə də biz beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana dəvət edirik ki, onlar kütləvi şəkildə insanların hüquqlarının pozulması faktını görsünlər və bu hallara qarşı öz ixtiyarlarında olan vasitələrlə aparsınlar.


[3.04.2008]
Büdcədən maliyyələşdirilən müəssisələrdə,təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

Büdcədən maliyyələşdirilən müəssisələrdə,təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR :

1."Büdcədən maliyyələşdirilən müəssisələrdə,təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bandinin müddəti 2009-cu il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyaətlıərinə tapşırılın ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görulməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsıən ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Qərar 77, 19 mart 2008-ci il



[6.11.2007]
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncami ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında 2007-ci il 31 oktyabr tarixdə ölkə Prezidenti Sərəncam imzalamışdır.

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov noyabrın 1-də keçirilən mətbuat konfransında bu barədə məlumat vermişdir. Ə.Həsənov sentyabrın 4-də Prezidentin yanında keçirilmiş müşavirəni tarixi müşavirə adlandıraraq, onun əvvəlki, əsasən, erməni təcavüzü nəticəsində doğma yurdlarını itirmiş insanların sosial problemlərinin həllinə həsr olunmuş müşavirələrdən fərqi barədə ətraflı danışmışdır.

Komitənin sədri demişdir ki, əvvəlki proqramda əsas diqqət üç məsələyə yetirilirdi sosial şəraitin yaxşılaşdırılmasına, beynəlxalq təşkilatlarla iş aparılmasına və məşğulluğa. Yeniləşdirilmiş proqramda bunlar saxlanılmaqla, əsas diqqət geniş infrastruktur yaradılmasına - qaz, elektrik və su təchizatına, yolların, kanalizasiya sisteminin, məktəblərin, xəstəxanaların tikintisinə və bir sıra başqa məsələlərə yönəldilmişdir. Bu, Ağdam, Füzuli və Biləsuvar rayonlarına daha çox aiddir.

Ə.Həsənov proqramın bütün bəndlərini ətraflı şərh etmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunda məcburi köçkünlərlə ilk görüşdə İlham Əliyevin tezliklə heç bir çadır şəhərciyi qalmayacağını vəd etdiyini xatırladaraq vurğulamışdır ki, dövlətimizin başçısı öz vədinə əməl etmişdir. 12 çadır şəhərciyindən 9-u artıq ləğv edilmişdir, qalanlardan isə sakinlərin köçürülməsi prosesi gedir.

Bildirilmişdir ki, cəmi 49 qəsəbə tikilmişdir. Onların mənzil fondunun ümumi sahəsi 872 min kvadratmetrə bərabərdir. Qəsəbələrdən 47-si Neft Fondundan ayrılmış vəsait hesabına inşa edilmişdir. Burada təkcə yaşayış evləri deyil, infrastruktur obyektləri də tikilir. Belə ki, Dövlət Komitəsinin vəsaiti hesabına 106 məktəb tikilmiş, 820,0 kilometr uzunluğunda elektrik xətləri, habelə su kəmərləri, yollar çəkilmiş, yeni transformatorlar quraşdırılmışdır. Son dörd ildə qaçqınların ehtiyaclarının təmin edilməsi üçün 700 milyon manat xərclənmişdir. Lakin bu qəsəbələrin hamısı müvəqqəti yerləşmə üçün tikilir və insanlar öz doğma yurdlarına qayıtmalıdırlar.

Əli Həsənov demişdir ki, ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar və səfirliklər bu proqramın layihəsinə müsbət rəylər vermişdir.

Mətbuat konfransında bildirilmişdir ki, ermənilərin 200 illik siyasətinin tarixi və Qarabağ probleminin həllinə dair son illərdə görülmüş işlər barədə 7 dildə müvafiq materiallar hazırlanmış, videofilmlər çəkilmiş və Azərbaycanın xarici ölkələrdəki bütün səfirliklərinə göndərilmişdir.

Axırda Əli Həsənov suallara cavab vermişdir.


[29.10.2007]
Səudiyyə Ərəbistanı Krallığı hökumətinin dəvəti ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-24-də həmin ölkədə rəsmi səfərdə olmuşdur.

Səfərin ilk günü Əli Həsənov Səudiyyə İnkişaf Fondunun rəhbərliyi ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Səudiyyə İnkişaf Fondunun əhəmiyyətli rol oynadığını, həmçinin ölkəmizdə həyata keçirilən layihələrdə həmin fondun iştirakının Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. O, daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, münaqişənin indiki vəziyyəti barədə Səudiyyə tərəfinə məlumat vermişdir. Ə.Həsənov Azərbaycanın ədalətli mövqeyinin dünyanın bütün nüfuzlu təşkilatları tərəfindən dəstəkləndiyni bildirmiş və Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli mövqeyini qarşı tərəfin diqqətinə çatdırmışdır. Münaqişə nəticəsində öz evlərindən didərgin düşmüş 1 milyon nəfərədək qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyəti, onların problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə danışan Baş nazirin müavini qaçqın və məcburi köçkünlər üçün müvəqqəti yeni qəsəbələrin salındığını vurğulamış və bunu əyani materiallarla qarşı tərəfin nəzərinə çatdırmışdır. Ə.Həsənov Səudiyyə İnkişaf Fondunun gələcəkdə qaçqın və məcburi köçkünlər üçün həyata keçirilən layihələrdə iştirakının və bu məqsədlə fondun xüsusi missiyasının Azərbaycana səfərinin məqsədəuyğun olacağını qeyd etmiş, həmçinin Azərbaycan hökumətinin humanitar sahədə konkret layihələr təqdim etməyə hazır olduğunu bildirmişdir.

Səudiyyə İnkişaf Fondunun rəhbərliyi Azərbaycanda fondun iştirakı ilə layihələrin uğurla həyata keçirildiyini qeyd etmişdir. Səudiyyə tərəfi Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini söyləyərək ölkəmizlə əməkdaşlıq etməyə daim hazır olduğunu bildirmişdir. Ə.Həsənovun təklifinə əsasən qaçqın və məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsi sahəsində layihələrlə tanışlıq və bu layihələrdə iştirakın mümkünlüyünü öyrənmək məqsədilə fondun xüsusi missiyasının ölkəmizə göndəriləcəyi bildirilmiş və vurğulanmışdır ki, hazırda Azərbaycanda digər sahələr, o cümlədən humanitar sahədə layihələrin yerinə yetirilməsi mümkünlüyü fond tərəfindən araşdırılır.

Görüşün sonunda hər iki tərəf qarşılıqlı əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəklərini bir daha bəyan etmişlər.

Ə.Həsənov həmin gün Ümumdünya İslam Gənclər Assambleyasının baş katibi doktor Saleh al-Vuheybi ilə də görüşmüşdür. Al-Vuheybi assambleyanın fəaliyyəti barədə qısa məlumat verərək bu qurumun dünyada 50 ofisinin fəaliyyət göstərdiyini qeyd etmiş və təşkilatın Bakı ofisinin səmərəli və şəffaf fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

Əli Həsənov öz növbəsində Ümumdünya İslam Gənclər Assambleyasının Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini və bu dövr ərzində Azərbaycan hökuməti ilə assambleya arasında normal işgüzar münasibətlərin qurulduğunu, təşkilatın ölkənin qanunlarına uyğun fəaliyyət göstərdiyini söyləmişdir. Azərbaycanda mövcud olan problemləri öyrəndiklərinə və bu problemlərin həlli istiqamətində göstərdikləri fəaliyyətə görə təşəkkür edən Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə həmsöhbətinə məlumat vermişdir. Sonda Baş nazirin müavini doktor Saleh al-Vuheybini Azərbaycana səfərə dəvət etmişdir. Bununla yanaşı, Ə.Həsənov qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olmaq və bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə körfəz ərəb dövlətlərinin aparıcı humanitar təşkilatlarının iştirakı ilə Bakıda yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsini təklif etmişdir.

Hər iki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barəsində məlumat verilmişdir. Bu sahədə dövlət və beynəlxalq humanitar təşkilatlar tərəfindən görülmüş işlərə dair ərəb dilində hazırlanmış materiallar, fotoalbomlar və videofilmlər qarşı tərəfə təqdim edilmişdir.

Ertəsi gün Ə.Həsənov Ciddə şəhərində İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli ilə görüşmüşdür. O, Əhməd Məhəmməd Əliyə Azərbaycanda olarkən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələrinə baş çəkdiyinə, bankın qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrdə iştirakına görə Azərbaycan hökuməti, qaçqın və məcburi köçkünlər adından təşəkkürünü bildirmişdir. Son dövrdə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə həmsöhbətinə ətraflı məlumat verən Ə.Həsənov qeyd etmişdir ki, çadır düşərgələrində yaşayan məcburi köçkünlər üçün Biləsuvar rayonunda yeni salınan qəsəbələrdə 5 orta məktəb, 5 tibb məntəqəsi, o cümlədən həmin qəsəbələrin içməli su təchizatı sisteminin tikintisi başa çatdırılmışdır.

Bankın prezidenti layihələrin qısa müddətdə, şəffaf həyata keçirildiyinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıq etmişdir. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti altında qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin bank tərəfindən rəğbətlə qarşılandığını ifadə etmiş və vurğulamışdır ki, problemin dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılması baxımından Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri xüsusi əhəmiyyət kəsb edir. Gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlərin davam etdirilməsini məqsədəuyğun hesab edən Əhməd Məhəmməd Əli son illər Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini söyləmiş, bununla belə, beynəlxalq maliyyə qurumlarının, eləcə də beynəlxalq humanitar təşkilatların yardımına hər zaman, o cümlədən məcburi köçkünlərin öz doğma yerlərinə qayıtdıqdan sonra da ehtiyac duyulacağını bildirmişdir. O, məcburi köçkünlərlə bağlı kredit sazişi vaxtından əvvəl yüksək keyfiyyətlə icra olunduğu üçün Azərbaycana bu məqsədlə yeni kredit vəsaitinin ayrılacağını demişdir.

Həmin gün Ə.Həsənov İslam Konfransı Təşkilatının (İKT) Baş katibi İkmaləddin İhsanoğlu ilə də görüşmüşdür. Görüşdə qaçqın və məcburi köçkünlərin indiki durumu və onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verən Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin İKT tərəfindən daim dəstəkləndiyinə, qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrdə iştirakına görə təşəkkür etmişdir.

İ.İhsanoğlu Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli gücləndiyini söyləmiş və qeyd etmişdir ki, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı olduğunu sübut etməyə daim ehtiyac var. Baş katib qaçqın və məcburi köçkünlərə dəstək verilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bildirmiş və təşkilatın növbəti iclaslarının birində ölkəmizdəki qaçqın və məcburi köçkün probleminin müzakirə olunacağını qeyd etmişlər.

Növbəti görüş beynəlxalq "İslami-Nicat" humanitar təşkailatında keçirilmişdir. Burada Ə.Həsənov sözügedən təşkilatın baş katibi doktor Adnan bin Xəlil Paşa ilə görüşmüşdür. Doktor Adnan bin Xəlil Paşa krallıq hökumətinin dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirmiş, təşkilatın Azərbaycandakı ofisinin sərbəst, şəffaf və maneəsiz fəaliyyəti üçün görülən işlərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri son 14 ildə, xüsusən Azərbaycanda humanitar böhran zamanı beynəlxalq "İslami-Nicat" təşkilatına göstərdiyi yardımlara görə təşəkkür etmiş və qeyd etmişdir ki, Bərdədəki 2 çadır düşərgəsində həmin təşkilatın 13 il himayə etdiyi məcburi köçkünlər artıq müvəqqəti olaraq yeni qəsəbələrə köçürülmüşlər. Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastruktura malik yeni qəsəbələrin salındığını söyləyən Ə.Həsənov, buna baxmayaraq, beynəlxalq humanitar təşkilatların yardımına hələ də ehtiyac olduğunu qarşı tərəfin nəzərinə çatdırmışdır. Əvəzində doktor Adnan bin Xəlil Paşa Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ölkəmizdə fəaliyyətlərini gücləndirməyə hazır olduqlarını ifadə etmişdir.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Respublika Komissiyasının sədri Əli Həsənov həmçinin Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin komandanı general-leytenant Talal bin Möhsin əl-Anqavi ilə görüşmüşdür. Talal bin Möhsin əl-Anqavi ölkələrimiz arasında dini, irqi münasibətlərin tarixən mövcudluğunu, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərindən sonra iki ölkə arasında əməkdaşlığın daha da yüksələn xətlə inkişaf etdiyini, ölkəsinin Ermənistanla heç bir siyasi, iqtisadi münasibət saxlamadığını, bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini müdafiə etdiyini, Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycandakı bu problemlə daim yaxından maraqlandığını bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, öz ata-baba torpaqlarından didərgin salınan vətəndaşlar doğma yurdlarına qayıtmalıdırlar.

Görüşdə dünyada olan qaçqınlar problemi, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlər üzrə müvafiq dövlət qurumlarının əməkdaşlığının və birgə beynəlxalq səviyyəli tədbirlərin təşkilinin vacibliyi də vuğulanmışdır.

Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin becərilməsi və onların satışından əldə olunan gəlirlərin Ermənistan silahlı qüvvələrinin silahlanmasına yönəldilməsi faktını həmsöhbətinin diqqətinə çatdırmışdır. Talal bin Möhsün əl-Anqavi qeyd etmişdir ki, 2003-cü ildən etibarən Səudiyyə Ərəbistanı ərazisindən narkotik vasitələrin tranziti kimi istifadəyə cəhdlər göstərilir və Sərhəd Qoşunları bunun qarşısını almaq üçün yeni texniki vasitələrdən istifadə edir. O, həmçinin müzakirə olunan məsələlər sahəsində Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduqlarını bildirmiş və bu cür səfərlərin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində aydın təsəvvür yaratdığını qeyd etmişdir.

Bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə ərəb dilində hazırlanmış materiallar, fotoalbomlar, videofilmlər, o cümlədən "Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində yaranmış 1 milyonadək qaçqın və məcburi köçkün haqqında məlumat (1988-2005-ci illər)" kitabı, Azərbaycanda qaçqınların, məcburi köçkünlərin, sığınacaq axtaranların vəziyyəti və sosial təminatı haqqında məlumat, həmçinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə həsr olunmuş "Vətən həsrəti və sönməyən ümidlər" kitabı və s. təqdim edilmişdir.

[11.09.2007]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabrın 4–də Prezident sarayında keçirilən müşavirədə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemləri müzakirə olunmuşdur. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq, daim diqqət mərkəzində olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri barədə danışdı. 2004-cü il 1 iyul tarixdə 298 nömrəli Sərəncam ilə təsdiq olunmuş Dövlət Proqramından irəli gələn tədbirlərin uğurla həyata keçirilməsini qeyd edərək, bu sahədə görülən işləri çox yüksək qiymətləndirdi.

Bununla yanaşı cənab Prezident müşavirənin nəticəsi kimi yaxın gələcəkdə yeni sərəncamın imzalanmasını və Dövlət Proqramına əlavələr edilməsinin zəruriliyini qeyd edərək, fin tipli qəsəbələrin ləğv olunması və orada yaşayan 25 min məcburi köçkün üçün yeni qəsəbələr salınmasına, respublika ərazisində yerləşən 262 ümumtəhsil məktəbində məskunlaşmış 11 min köçkünün oradan çıxarılması və yeni qəsəbələri köçürülməsinə, köçkünlərin məskunlaşdıqları təmirə yararlı məktəblərin təmir olunması, yararlı olmayanların sökülərəq yerində təzə məktəblərin tikilməsinə, Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 6 min insanın yeni qəsəbələrə köçürülməsinə, 60 min məcburi köçkünün məskunlaşdığı 239 yataqxanada təmir-bərpa işlərinin aparılmasına, artezian quyularının qazılması, yolların salınması, qaz xətlərinin çəkilməsinə, Horadiz qəsəbəsinin şəhər statusu verilməsi məqsədilə müvafiq qərar layihəsi hazırlanmasına, Füzuli rayonunda yeni müasir müalicə-diaqnostika mərkəzinin tikilməsinə, ciddi xəstəliklərə düçar olmuş insanlara ölkənin daxilində və xaricində kömək göstərilməsinin təmin olunmasına, yeni qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin məşğulluğunun artırılması, o qəsəbələrdə çörək və süd sexlərinin, meyvə-tərəvəz emalı müəssisələrinin və digər kiçik müəssisələrin yaradılmasına, məcburi köçkünlərə verilən aylıq yemək xərclərinin artırılmasına dair müvafiq qurumlara göstərişlər verdi.

Sonda bu tədbirlərin müvəqqəti xarakter daşıdığını bildirən cənab Prezident torpaqlar istənilən yolla işğaldan azad olandan sonra həmin ərazilərdə daha müasir qəsəbələrin salınacağını qeyd etdi.


[04.05.2007]
2007-ci il 4 may tarixdə Bakının Sabunçu rayonunda, Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş yeni qəsəbənin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Prezidentə məlumat verdi ki, yeni qəsəbəyə Əzizbəyov rayonundakı “Zuğulba” sanatoriyasında, yaşayış üçün tam yararsız, heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi köçürülmüşdür. 80 hektar ərazidə salınmış qəsəbənin tikintisinə ötən ilin dekabrında başlanmış və bu il aprelin 10-da istifadəyə verilmişdir. 450 yaşayış evinin ümumi sahəsi 29 min kvadratmetrdir. Evlərin 90-ı birotaqlı (46,7 kvadratmetr), 222-si ikiotaqlı (63,1 kvadratmetr), 134-ü üçotaqlı (77,8 kvadratmetr) və 4-ü dördotaqlı (91 kvadratmetr) mənzillərdən ibarətdir. Burada 360 şagirdlik məktəb binası, musiqi məktəbi, ambulatoriya, poçt şöbəsi, inzibati bina da vardır. 16 kilometr asfalt yol, 21 kilometr su, 19 kilometr elektrik, 27 kilometr qaz, 34 kilometr kanalizasiya və drenaj xətləri çəkilmiş, 400 və 250 kilovatlıq 10 ədəd və 10 meqavat gücündə 1 ədəd yüksəkgərginlikli transformator quraşdırılmış, həcmi 500 kubmetr olan iki su anbarı və bir nasosxana tikilmişdir.

Qəsəbədə məskunlaşmış 400 ailə Şuşadan, qalan 50 ailə isə Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarındandır.

Prezident İlham Əliyev əvvəlcə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin Malıbəyli kənd uşaq musiqi məktəbi ilə tanış oldu. Prezidentə və xanımına gül dəstələri təqdim olundu.

Dövlətimizin başçısı musiqi məktəbində təhsil alan uşaqların çıxışlarını dinlədi. Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın həsrətində olan balaca xanəndələrin ifasında “Qarabağ şikəstəsi” alqışlarla qarşılandı.

Məlumat verildi ki, 22 müəllimin çalışdığı musiqi məktəbində tar, kamança, qarmon, nağara, fortepiano və xor şöbələrində 148 uşaq təhsil alır. Onlar respublikamızda keçirilən müxtəlif festival və müsabiqələrdə fəal iştirak edir, Qarabağımızın qədim musiqi ənənələrinə yiyələnirlər. Prezident İlham Əliyev musiqi məktəbində “Şuşa uşaq musiqi məktəbləri bu gün”, “Heydər Əliyev Şuşada. 1982-ci il”, “Şuşa tarixi abidələr şəhəridir” adlı fotoguşələrlə tanış oldu, ulu öndərimizin ötən əsrin 80-ci illərinin əvvəllərində Şuşaya səfəri və orada keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə maraqla baxdı. Dövlətimizin başçısı xor kollektivinin ifasında səslənən mahnılara da qulaq asdı və xanımı ilə birlikdə uşaqlarla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev qəsəbə sakini, 3 otaqlı mənzillə təmin edilmiş Xocalı rayonundan məcburi köçkün Tacir Cəfərovun qonağı oldu. Dövlətimizin başçısı və xanımı çay süfrəsi arxasında ev sahibləri ilə söhbət etdilər.

Azərbaycan Prezidentinin adından mənzilə soyuducu və televizor hədiyyə edildi.

Prezident İlham Əliyev qəsəbədə fəaliyyət göstərən Malıbəyli kənd orta məktəbinə gəldi.

Dövlətimizin başçısı burada qəsəbənin baş planı ilə tanış oldu, tikinti və məcburi köçkünlərin qəsəbəyə köçürülməsi prosesini əks etdirən fotoşəkillərə baxdı. Məlumat verildi ki, Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində məktəbin həyətyanı sahəsində yüzlərlə ağac əkilmişdir.

Azərbaycan Prezidenti 50-dən çox müəllimin çalışdığı 360 yerlik orta məktəbin idman salonunda gənclərin nümunəvi çıxışlarına baxdı, kompyuter otağını və ingilis dili kabinetini gəzdi, uşaqların bilikləri, kompyuterdən istifadə, xarici dil öyrənmə bacarığı ilə maraqlandı. Məktəblilər ingilis dilində danışmaq bacarıqlarını nümayiş etdirdilər.

Sonra yeni qəsəbənin təntənəli açılışı oldu və ölkə Prezidenti İlham Əliyev məcburi köçkünlər qarşısında çıxış etdi.

[9.04.2007]
2004-cü ilin sentyabrından BMT Baş Katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümyəndəsi təyin olunmuş cənab Valter Kalinin 2007-ci il 2-6 aprel tarixlərdə Azərbaycanda rəsmi səfəri həyata keçirilmişdir.

O, Bern Universitetinin professoru kimi Rəhbər Prinsiplərin Cənubi Qafqaz ölkələrinin milli qanunvericiliyinə uyğunlaşdırılması üzrə hesabatın hazırlanmasına rəhbərlik etmiş, 2002-ci il fevralın 21-də həmin hesabatı ilə bağlı Bakıda keçirilmiş tədbirdə iştirak etmişdir.

Cənab V.Kalin 2007-ci il 2 aprel tarixdə Azərbaycan Respublikasına səfəri zamanı ölkə Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür. Görüşdə ölkəmizdə məcburi köçkünlərin problemlərinə dair geniş fikir mübadiləsi aparılmışdır Səfər proqramina uyğun olaraq cənab V.Kalin Baş nazirin müavini cənab Ə.Həsənov ilə görüşmüşdür. Bu görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, ölkəmizin rəhbərliyinin problemin sülh yolu ilə həlli istiqamətində gördüyü işlər barədə ətraflı söhbət açıldı. BMT təmsilçisinə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş tədbirlər, həmin işdə beynəlxalq qurumların iştirakı barədə məlumat verildi. BMT qurumlarının, digər beynəlxalq təşkilatların xüsusilə 1994-1995-ci illərdə qaçqınlara və məcburi köçkünlərə himayədarlığını minnətdarlıqla xatırladan cənab Ə.Həsənov vurğuladı ki, bu yardım olmasaydı, o zaman Azərbaycanda humanitar böhran baş verərdi. Qonağa çadır şəhərciklərinin ləğvi və orada məskunlaşanların Dövlət Neft Fondunun vəsaiti hesabına salınmış yeni qəsəbələrə köçürülməsi barədə də ətraflı məlumat verildi. Baş nazirin müavini BMT-nin bəzi konvensiyalarına münasibətini də bildirdi, onların bir çoxunun, xüsusilə qaçqınlarla bağlı olanlarının köhnəldiyini, həmin sənədlərin qəbul edildiyi vaxt “məcburi köçkün” anlayışının olmadığını söylədi. Ətraflı məlumat üçün minnətdarlıq edən cənab V.Kalin qaçqınlar və məcburi köçkünlərlə əlaqədar Azərbaycan dövlətinin gördüyü işlərdən məmnunluğunu bildirdi. Qonaq xüsusi vurğuladı ki, Azərbaycan hökuməti çox böyük məharətlə vəsait taparaq, bu insanların yaşayış şəraitini yaxşılaşdırır. O, müvafiq qanunvericilik sahəsində görülmüş işləri bəyəndiyini, hökumətin beynəlxalq qurumlarla səmərəli əlaqələndirmə işinin, ümumiyyətlə, qaçqın-köçkün problemi ilə bağlı beynəlxalq əməkdaşlığın təşkilindən razılığını söylədi.Cənab V. Kalin beynəlxalq konvensiyalar barədə iradın nəzərə alınacağını da bildirdi.

Cənab V. Kalinin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt şəhərində Qaradağ, Sabirabad, İmişli və Biləsuvarda rayonlarında olmuş, bu rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.

Sabirabad rayonundakı “Qalaqayın” çadır düşərgəsində qonağa məlumat verilmişdir ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi rayonlardan 2189 ailə burada müvəqqəti məskunlaşmışdır. BMT təmsilçisinin, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşü zamanı Cəbrayıl, Zəngilan, Füzuli rayonlarından olan məcburi köçkünlər onlara baş çəkdiyi üçün BMT baş katibinin nümayəndəsinə minnətdarlıqlarını bildirmiş, eyni zamanda təəssüflə qeyd etmişlər ki, münaqişənin həlli ilə bağlı beynəlxalq qurumlara bəslənilən ümidlər hələ də doğrulmamışdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qalır. Təcavüzkara təzyiq gücləndirilməli, müvafiq sanksiyalar tətbiq edilməli, 1 milyonadək insanın hüquqları bərpa olunmalıdır. Xatırladılmışdır ki, Azərbaycan ərazisinin 20 faizini BMT-yə qəbul olunduqdan sonra itirib. Bu qurumun bir üzvü digərinə təcavüz edib. BMT-dən təsirli tədbirlər görməsini istəyirik.

Bildirilmişdir ki, müstəqil dövlətimiz məcburi köçkünlərin sosial və mənzil-məişət şəratini yaxşılaşdırmaq üçün tədbirlər görür. Lakin bizim üçün ən böyük nemət sülh, ən isti yer doğma torpağımızdır. Beynəlxalq qurumlar, o cümlədən BMT haqqın tərəfində durmalı, münaqişənin həllinə öz töhfəsini verməlidir.

Valter Kalin demişdir ki, məqsədim Sizinlə görüşüb vəziyyətinizlə yaxından tanış olmaqdır. Hərbi münaqişələrdən zərər çəkən digər ölkələrin vətəndaşlarından fərqli olaraq, sizin dözülməz vəziyyətiniz uzun müddətdir davam edir. Ümidvaram ki, münaqişə tezliklə həll olunacaq. Bu, beynəlxalq təşkilatların da arzusudur. Gördüklərimdən aldığım təəsürat əsasında tövsiyyələr hazırlayıb BMT-yə və Azərbaycan hökumətinə təqdim edəcəyəm. Sizin tələblərinizi və narahatlığınızı BMT-nin baş katibinə, qurumun Baş Assambleyasına, Təhlükəsizlik Şurasına çatdıracağam.

Azərbaycana səfər zamanı BMT təmsilçisi xarici işlər, daxili işlər, iqtisadi inkişaf, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, insan hüquqları üzrə müvəkkil (Ombudsman), beynəlxalq və milli qeyri-hökümət təşkilatlarının rəhbərləri ilə görüşləri keçirmişdir.

Səfərin sonunda cənab Valter Kalin BMT İnkişaf Proqramının ofisində Azərbaycan Respublikasına səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.

[1.03.2007]
2007-ci il 21 fevral tarixdə “Gülüstan” Sarayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə həsr olunmuş “VƏTƏN HƏSRƏTİ ... SÖNMƏYƏN ÜMİDLƏR..” sənədli filminin təqdimat mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, dövlət müşaviri, Baş nazir, Milli Məclisin üzvləri, Nazirliklər, Dövlət Komitələri, Hüquq mühafizə orqanları, Mərkəzi təşkilatlar, Şəhər və Rayon İcra Hakimiyyətləri, Xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və inkişaf təşkilatları və kütləvi informasiya vasitələri iştirak etmişdir.

Sənədli filmdə bütün bəşəriyyət üçün ən ağır cinayət sayılan prosesləri Azərbacan xalqına qarşı XVIII-XX əsrlərdə Çar Rusiyası, onun varisi olan SSRİ dövləti və onların hər ikisinin əlində alət olan ermənilərin həyata keçirdikləri tarixi faktlarla öz əksini tapmışdır.O cümlədən Beynəlxalq Təşkilatların Azərbaycan haqqında qəbul etdikləri qərarlar, Milli Liderimiz Heydər Əliyevin Azərbaycana qayıdışından sonra və onun siyasətinin davamçısı olan ölkə prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair faktlar filmdə geniş işıqlandırılmışdır.

[7.12.2006]
Küveytin Ədliyyə,Vəqflər və İslam İşləri naziri cənab Abdulla Mətuq Əl-Mətuqun dəvətinə əsasən humanitar sahədə əlaqələrin genişləndirilməsi məqsədlə danışıqlar aparmaq üçün Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Ə. Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti 2006-cı il 3-6 dekabr tarixlərində Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur.

Səfər proqramı çərçivəsində Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Ə. Həsənov Küveyt Dövlətinin Baş naziri cənab Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah, Milli Məclisin sədri cənab Casim Məhəmməd Əl-Xərafi, Ədliyyə,Vəqflər və İslam İşləri naziri cənab Abdulla Mətuq Əl-Mətuq, Qırmızı Aypara Cəmiyyətinin sədri cənab Barcis Həmid Əl-Barcis, “Zəkat evi” Xeyriyyə təşkilatının Baş direktoru cənab Əbdül Qadir Acili, “Beynəlxalq İslam” humanitar təşkilatının rəhbəri cənab Yusif Həcci ilə görüşlər keçirilmişdir.

Səfərin sonunda Küveytin nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan “Əl-Rey” qəzetinin müxbiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, səfərin məqsədi, keçirilən görüşlər haqqında təəssürat barədə cənab Ə. Həsənovdan geniş müsahibə almışdır.

[23.08.2006]
2006-cı il 26 iyul tarixdə BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru cənab Ceyms Morrisin rəhbərlik etdiyi nümayəndə heyyəti Azərbaycana səfəri çərçivəsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Ə. Həsənovun iştirakı ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir sıra kompakt məskunlaşma obyektlərində olmuşdur. Qonaq Sabirabad rayonu ərazisindəki “Qalaqayın” çadır düşərgəsində, İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında və Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvvəqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşdur. Məcburi köçkünlər cənab Ceyms Morrisa uzun müddət Azərbaycanda fəaliyyət göstərdiklərinə və ərzaq proqramının davamının yenidən iki il müddətinə uzadılmasına görə öz minnətdarlıqlarını bildirmişdilər.
Ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci il 24 fevral tarixdə İtaliyaya səfəri zamanı məcburi köçkünlərin mənafeyi naminə hətta protokol qaydalarından kənara çıxaraq BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktorunun müavini ilə görüşərək Azərbaycanda iqtisadi inkişafa baxmayaraq məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana qədər humnitar yardımların göstərilməsinin vacib olduğunu bir daha diqqətə çatdırmışdır. Bunun nəticəsi olaraq 2006-cı ilin 1 iyul tarixindən 2008-ci ilin 30 iyununa qədər 24 aylıq müddətə (birinci il 154 min nəfərə, ikinci il isə 134 min nəfərə) BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycanda qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə 15, 66 milyon ABŞ dolları həcmində humanitar yardımların davam etdirilməsi qərarını qəbul etmişdir.

[22.08.2006]
  • Ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Ali Komissarlığın Avropa Bürosunun direktoru xanım Pirko Kourula 2006-cı il avqustun 16-da Sabirabad, Biləsuvar və Beyləqanda məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşlar.
    Sabirabad ərazisindəki “Qalaqayın” çadır düşərgəsində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi rayonlardan 2189 ailə müvəqqəti məskunlaşmışdır. Ali komissarın doğma yurd-yuvasından didərgin düşmüş bu soydaşlarımızla bu görüşünü Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov açaraq qonaqları təqdim etmiş, onların təmsil etdikləri qurumun xüsusilə 1994-1995-ci illərdə qaçqınlara və məcburi köçkünlərə himayədarlığını minnətdarlıqla yada salmışdır.

  • 2006-cı il avqustun 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş və Ali Komissarlığın Avropa Bürosunun direktoru xanım Pirko Kourula ilə görüşmüşdür.
    Görüşdən əvvəl qonaqlar Komitənin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentində əməkdaşlarla söhbət etmişlər.
    Cənab Əli Həsənov Azərbaycanda fəaliyyət göstərən 70 beynəlxalq huma nitar təşkilat içərisində Ali Komissarlığın Bakı ofisinin əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, bu ofis humanitar təşkilatların, bir növ, əlaqəndirici rolunu oynayır. Eyni zamanda Dövlətqaçqınkom əməkdaşlarının beynəlxalq təcrübəyə yiyələnməsində böyük köməyi var. Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin problemlərini hökümətin operativ həll etmək istəyini, bu sahədə görülən işləri tədqirəlayıq saymışdır. O demişdir ki, bu sahədə mövcud vəziyyəti beynəlxalq ictimaiyyətə anlatmağımız çox faydalı olardı. Beynəlxalq ictimaiyyətin bu problemə münasibəti çox əhəmiyyətlidir. Sevindirici haldır ki, Azərbaycan höküməti qayıdışı hazırlamaqla bərabər, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmağa da səy göstərir. Antonio Quterreş bir daha əmin etmişdir ki, Azərbaycanın qarşılaşdığı problemlərin həllində əlindən gələn köməyi əsirgəməyəcəkdir. Qonaqlar Komitədə yaradılan “Heydər Əliyev güşəsi”ndə də olmuş, eksponatlarla tanış olmuşlar.
    Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr təqdim edilmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Prezident Sarayında BMT-nin Qaçqınlar üzrə Ali Kommisarı Antonio Quterreşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
    Dövlərimizin başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin ölkəmiz üçün başlıca problem oldüğunun bildirdi. O, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan höküməti tərəfindən zəruri tədbirlərin görüldüyünü və tezliklə bütün çadır düşərgələrinin ləğv olunacağını vurğuladı. Prezident İlham Əliyev bu səfərin Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

  • BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovla birlikdə Azərbaycana səfərin yekunlarına dair 2006-cı il avqustun 17-də “Hyat-Regency” mehmanxanasında mətbuat konfransı keçirmişlər.
    Antonio Quterreş Azərbaycanda gördüyü yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Sabirabad, Biləsuvar və Beyləqanda qaçqınlarla görüşündən təsəssüratı ilə bölüşmüş.
    Ali Komissar qaçqınların və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan hökümətinin qördüyü işlərə valeh olduğunu xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycanın bu sahədəki işi başqa ölkələrə nümunə olmalıdır.

  • 2006-cı il avqustun 18-də Azərbaycanın xarici ölkəlkərdə fəaliyyət göstərən səfirlik, konsulluq və nümayəndəliklərin rəhbərləri Sabirabad rayonunda məcburi köçkünlərin Qalaqayın çadır düşərgəsində olmuşlar.
    Diplomatlar Ermənistanın işaqlı nəticəsində ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla görüşmüş, onların problemləri ilə tanış olmuşlar.

  • [15.08.2006]
    2006-cı il 26 iyul tarixdə BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru cənab Ceyms Morrisin rəhbərlik etdiyi nümayəndə heyyəti Azərbaycana səfəri çərçivəsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Ə. Həsənovun iştirakı ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir sıra kompakt məskunlaşma obyektlərində olmuşdur. Qonaq Sabirabad rayonu ərazisindəki “Qalaqayın” çadır düşərgəsində, İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında və Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvvəqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşdur. Məcburi köçkünlər cənab Ceyms Morrisa uzun müddət Azərbaycanda fəaliyyət göstərdiklərinə və ərzaq proqramının davamının yenidən iki il müddətinə uzadılmasına görə öz minnətdarlıqlarını bildirmişdilər.

    Ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci il 24 fevral tarixdə İtaliyaya səfəri zamanı məcburi köçkünlərin mənafeyi naminə hətta protokol qaydalarından kənara çıxaraq BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktorunun müavini ilə görüşərək Azərbaycanda iqtisadi inkişafa baxmayaraq məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana qədər humnitar yardımların göstərilməsinin vacib olduğunu bir daha diqqətə çatdırmışdır. Bunun nəticəsi olaraq 2006-cı ilin 1 iyul tarixindən 2008-ci ilin 30 iyununa qədər 24 aylıq müddətə (birinci il 154 min nəfərə, ikinci il isə 134 min nəfərə) BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycanda qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə 15, 66 milyon ABŞ dolları həcmində humanitar yardımların davam etdirilməsi qərarını qəbul etmişdir.

    LAYİHƏLƏR VƏ PARTNYORLAR
    Dövlət Neft Fondundan ayrılmış 360 milyon manat vəsait hesabına ümumi sahəsi 872 min kv.metr olan 15713 fərdi yaşayış evi...

    15713 mənzildən ibarət 49 qəsəbənin tikilərək müvəqqəti yaşamaq üçün məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir...
    ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN KÖKLƏRİ
    Əsrlərdən bəri Ermənistan Azərbaycana qarşı məqsədyönlü siyasət yürütmüşdür. Azərbaycan torpaqılarına yiyələnərək “Böyük Ermənistan” yaratmaq iddiası onların azərbaycanlılara qarşı görünməmiş və bu günə kimi izi qalmış vəhşiliklər törətməsilə nəticələnmişdir...
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005