kataloq.NET - Şəxslər kataloqu
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
 Kataloqdakı insanların sayı: 72


azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
web saytlar şəxslər qurumlar | xəritə |  
        
Əcdadlarımız

Rəsul Rza
Fontu böyüt:      
Məmmədxanlı Rza İbrahim oğlu
(19.05.1910 - 01.04.1981)
şair
Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində dünyaya gəlmiş, 1981-ci il aprelin 1-də Bakıda vəfat etmişdir. Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmasından sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli- el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan «Difai» partiyasının yaradıcılarındandır.

Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

1918-ci ildə Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir..


 
Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizə yazın  
 0.0198 sec.
NETTY 2007 Qalibi Internet Map top.SUMQAYIT Sahil IT