kataloqa sayt əlavə et
  |  
kataloqu qeyd elə
  |  
kataloqla başla
Kataloqdakı insanların sayı: 71
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Veb Saytlarda
Şəxslərdə
Qurumlarda
Elektron xəritədə
web saytlar
şəxslər
qurumlar
|
xəritə
|
 
 
Əcdadlarımız
Cəfər Cəbbarlı
Fontu böyüt:
Cəbbarlı Cəfər Qafar oğlu
(20.03.1899 - 31.12.1934)
görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist
Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır.
Anası Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Stariy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci Müsəlmani və rusi" məktəbinin birinci sinifinə daxil olmuşdur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə oxuyur. 1915-ci ildə məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermişdir, və burada 1920-ci ildə təhsilini başa vuraraq şəhadətnamə və attestat almışdır.
Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
Cabbarlı ədəbiyyata şerlə gəlmişdi və ilk mətbu şerləri 1911-ci ildə "Həqiqəti-əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə" və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.
İlk şer, hekayə və dramlarını Cabbarlı eyni ildə, 1915-16-cı illərdə yazmışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırlarında və ya 1916-cı ilin ortalarında yazılmışdır.
"Nəsrəddin Şah" C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin Şah" variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir.
1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş yoxuşlar mərhələsi idi. Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) bir çox yazıçılar kimi, gənc Cabbarlının da dərindən çulğalamış milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmış "Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri tənqid tərəfindən "Ziyanlı sənət", "Zərərli təmayül" kimi qarşılanmışdı.
C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri oldu. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrosunda müvəffəqiyyətlə tamaşaya qoyulmuş və teatrın repertuarında görkəmli yer tutmuşdur.
"Qız qalası" 1922-1923-cü illərdə yazılmışdır. 1924-1925-ci illərdə yazdığı "Azərbaycan ədəbiyyatının son vəziyyəti", "Bizdə teatro", "Azərbaycan teatr məktəbi",1922-ci ildə "Ədəbi mübahisələr" məgaləsini "Zəhmət" gəzetində dərc etdirmişdir.
1925-ci ildə dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərcümə etmiş, 1927-ci illərin əvvəllərində "Dilbər" hekayəsini çap etdirmiş, eyni zamanda F.Qladkovun "Sement" əsərindən bir parça tərcümə etmişdi. 1928-ci ildə L.N.Tolstoyun "Uşaqlıq" povestini və M.Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirmişdi.
1928-ci ildən başlayaraq, yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır.
1931-ci ildə Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb teatra verdi. 1932-ci ildə C.Cabbarlı "Dönüş" əsərini yazmışdır. "Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu.
1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.
(mənbə: www.cafarcabbarli.com).
http://www.cafarcabbarli.com
Haqqımızda
  |  
Statistika
  |  
Kataloqda reklam
  |  
Bizə yazın
0.0226 sec.