kataloq.NET - Şəxslər kataloqu
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
 Kataloqdakı insanların sayı: 72


azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
web saytlar şəxslər qurumlar | xəritə |  
        
Əcdadlarımız

Mikayıl Müşfiq
Fontu böyüt:      
İsmayılzadə Mikayıl Abdülqədir oğlu
(05.06.1908 - 12.03.1939)
Azərbaycan şairi
Bir çox lirik şerlər, poemalar və nağılların müəllifi olan Mikayıl Müşfiq 1908-ci ilin iyun ayında Bakı şəhərində aydınlar ailəsində gözlərini açıb. Uşaq yaşında valideynlərini itirən Müşfiq 1915-ci ildə Rus-Tatar məktəbinə daxil olub və ilk təhsilini orada almışdır. 1920-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, Bakı Müəllimlər Seminariyasına daxil olur. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxuyurdu və oranın Dil və Ədəbiyyat Fakültəsini bitirmişdir.
İş həyatına müəllim olaraq başlamış, orta məktəblərində yeddi il müəllim olaraq işləmişdir. Son işlədiyi məktəb, 18 nömrəli Bakı şəhər orta məktəbi idi.
Şer yazmağı, 1926 ildə, "Gənc İşçi" qəzetində yayımlanan "Bir Gün" şeri ilə başlamışdır. Bundan sonra mətbuat aləmində davamlı olaraq əsərləri çıxmağa başlamışdır. 1930-1935 illər arasında onun on şer kitabı nəşr olunur.
Azərbaycanda sağlam lirizmin və romantik üslubun təşəkkülü Mikayıl Müşfiqin adıyla başlayır. 30-cu illərdə Müşfiq, Rus ədiblərin şerlərindən ədəbi tərcümələr etmişdir.
1939-cu ildə Sovet cəlladları tərəfindən qətlə yetirilmişdir..


 
Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizə yazın  
 0.0183 sec.
NETTY 2007 Qalibi Internet Map top.SUMQAYIT Sahil IT