kataloq.NET - Şəxslər kataloqu
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
 Kataloqdakı insanların sayı: 74


azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
web saytlar şəxslər qurumlar | xəritə |  
        
Korporativ

Kriman Səlim Eldar o.
(00.00.1975)

Ailə vəziyyəti : evli
Təhsili :

Əziz xanımlar və cənablar!

Son illər ərzində bankımızda əsaslı dəyişikliklər baş vermişdir. Bankımız öz inkişaf konsepsiyasına bir daha nəzər salaraq bu gün artıq seçkin kommersiya bankı kimi Azərbaycanın maliyyə bazarında özünəməxsus yer tutmuşdur. Bank həm fiziki şəxslərlə iş birliyi qurur, həm də iqtisadiyyatın real sektoruna xidmətə və öz müştərilərinə bütün növ maliyyə xidmətlərin göstərilməsinə diqqət yetirir.

Bu gün Bank Standard ölkənin etibarlı maliyyə partnyoru kimi sarsılmaz nüfuz qazanmış ən böyük özəl kommersiya bankıdır. Bank Standard-ın gələcək inkişafında əsas üstünlüklər – qarşıdakı dövdə ölkənin ən böyük özəl bankı mövqeyini saxlamaq və möhkəmləndirmək, müştəri xidmətlərinin müasir standartlarından istifadə etmək, institusional bazanı gücləndirmək və təşkilatı strukturu səmərələşdirmək, filial şəbəkəsini gələcəkdə inkişaf etdirmək, fərdi və korporativ müştərilər üçün yeni bank məhsulları yaratmaq, ən nəhayət, banklararası əməkdaşlığı beynəlxalq səviyyədə genişləndirməkdir.

Bank Standard KB-ın rəhbərliyi və kollektivi göstərdikləri etibara görə öz səhmdarlarına, müştərilərinə və partnyorlarına minnətdarlığını bildirir və gələcəkdə də qarşılıqlı əməkdaşlığın eyni dərəcədə məhsuldar olacağına əminliyini bildirir..


 
Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizə yazın  
 0.0204 sec.
NETTY 2007 Qalibi Internet Map Sahil IT