(Yəqubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”
Ənəs İbn Malik (r.a.) bildirir: Ramazan ayı girmişdi, Rasulullah (s.ə.s.) buyurdular: "Bu mübarək aya girmişik. Bu ayda bir gecə var ki, min aydan daha xeyirlidir. Bu gecənin xeyir və bərəkətindən məhrum qalan bir kimsə bütün xeyirlərdən məhrum qalmış kimidir."
Ramazan ayının 26-sından 27-sinə keçən gecə Qədr gecəsidir. Qurani-Kərimin Yer üzünə endirilməyə başladığı, min aydan xeyirli bir gecədir.