Kataloq.NET - Şəxslər: Sara Aşurbəyli
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
web saytlar şəxslər qurumlar xəritə
  Kataloqdakı insanların sayı: 319
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Əcdadlarımız

Sara Aşurbəyli
Sara Aşurbəyli
Fontu böyüt:      
Sara Balabəy qızı Aşurbəyli
(27.01.1906 - 17.07.2001)
Görkəmli alim, tarixçi, şərqşünas
Bu qadın Azərbaycanda XX əsrərzində baş verən bütün tarixi hadisələrin canlı ensiklopediyası, H.Z.Tağıyevdən başlayaraq bizim günlərə kimi bütün istisna şəxsiyyətlərin müasiri idi.

Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. Sara xanım o dövrüçün ən gözəl təhsil almış – 1925-ci ildə İstanbulda Müqəddəs Janna d Ark adına hörmətli bir kolleji qurtarmışdı. Sonradan o Bakı Dövlət Universitetinin (1930) şərqşünaslıq fakultəsini qurtararaq zaman keçdikdən sonra Şərq və Azərbaycan tarixi üzrə ixtisaslaşdı; o həm də 1941-ci ildə Azərbaycan Pedaqoji institutunun xarici dillər fakultəsini qurtarmışdı. Üç Avropa (ingilis, fransız, alman) və üç Şərq (ərəb, fars, türk) dillərində yazıb-oxuyan Sara xanım məhz bu dilləri bilməsinin üstündə dövlət təhlükəsizlik orqanları tərəfindən həmin dilləridaşıyan ölkələrin xeyrinə şpionajda təqsirləndirilmişdi.

Sara Aşurbəyli ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

Yaxın və Orta Şərq xalqlarının tarixi sahəsində geniş biliyə malik olmaqdan savayı, Sara xanımda həm də rəssam vəmusiqiçi istedadı vardı ki, ağır təqib illərində yaşamaq üçün bunlardan istifadə etmişdi. Sara xanım dramteatrda rəssam, dekorator işləmiş, məktəbdə müəllim olmuş, müəllimi olmuş Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demişdir. O öz şəkillərini sataraq da dolanmalı olmuşdu; sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışdı və bu əsər indi Meksika muzeyində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdi.

S.Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.

Sara xanım Aşurbəyli Bakının tarixi üzrə, Şirvanşahlar dövlətinin tarixinə dair çox qiymətli tədqiqatların, tarix, mədəniyyət, incəsənətə dair gözəl məqalələrin müəllifidir. O, bir çox elmi konfransların iştirakçısı idi. 1966-cı ildə Sara xanım Aşurbəyli tarix elmləri doktoru adını, sonralar «Əməkdar elm xadimi» adını almış, Dövlət mükafatı laureatı olmuşdur. O, Azərbaycan Respublikasının ali mükafatı “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli alim 2001-ci il iyulun 17-də 96 yaşında vəfat etmişdir.

Talenin bütün keşməkeşlərinə: atasının təqib olunması, ölümü, ərinin cəzalandırılmasına, qardaşının II dünya müharibəsi zamanı Macarıstanda həlakolmasına baxmayaraq, Sara xanım Aşurbəyli bütün ömrü boyu Azərbaycan vətənpərvəri olaraq qalırdı. O, özünün yuksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı. Sara xanım Aşurbəyli XX əsrin inqilabdan əvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının təcəssümü idi..


Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizim bloq   |   Bizə yazın  
 0.0054 sec.
NETTY 2007 Qalibi Sahil IT